Bəzən...

Bəzən...

Bəzən ən doğru seçim-sadəcə geriyə baxmadan getməkdir...
Bəzən ən böyük acı-dönməyəcəyini bilə-bilə dəyər verdiyin birini yola salmaqdır...
Bəzən bütün arzuların bir uğursuzluğa görə puç olur...
Bəzən uğursuzluğun ən böyük səbəbi rəqib seçimində yanılmaq olur...
Bəzən anlayırsan ki, sən artıq unudulmusan...
Bəzən biri səni səndən xəbərsiz gözləyir...
Bəzən xoşbəxtlik elə vaxtda gəlib çıxır ki, sənin artıq ona ehtiyacın olmur...
Bəzən xəyallarının şəhzadəsi bir gün qapının zəngini çalır, tərslikdən həmin gün siz evdə olmursunuz...
Bəzən ən böyük təsəllin səninlə eyni problemləri yaşayanların səninlə dərdləşməsi olur...
Bəzən ən uzun məsafəni ölçmək üçün kilometrlərlə məsafə qət etməyə ehtiyac olmur.Ayrılmış iki insan arasındakı məsafəni ölç, yetər...
Top