Sənsizliyimə baxdım... Heç yanımda olmadın, amma səni yanımda duya bildim. Səni heç görmədim, lakin, hər istədiyimdə gözlərimi yummaq kifayət edir ki, səni qarşımda görüm.
Sənsizliyimə baxdım... Sənsiz göründüm, amma heç sənsiz olmadım, hər an xəyallarımda yaşadın. Bunları düşünərək, sənsiz olmadığıma inanmaq istədim, amma... sənsizəm axı...
Hər səhər oyandığımda ilk düşündüyüm sənsən. Gecələr də hər zaman səni düşünərək yuxuya gedirəm. Hər an ağlımda sən olduğun üçün oyanır oyanmaz qaldığı yerdən davam edər düşüncələrim.
Sən ürəyimdə yaşadığım ən xoş hissən. Sən xəyallarımın ən sevimli sakinisən. Sən sanki, ruhuma hopmuş kimisən, sənsiz olsam belə, səni
"Hər şey keçər" deyirlər, amma sənsizliyim heç keçmədi ki... Nə olar, gəlsən yanıma, gözlərimə baxsan, ürəyimi, sevgimi duysan. Nə olar, gəl artıq. Məni sənsizlikdən qurtar, oyat bu həsrət yuxusundan məni. Mənə sevdiyini gözlərimə baxaraq, söylə. Gəl artıq sevgilim... Sənsiz çoox darıxıram...