Kim deyir ki mən sənsizəm?

Kim deyir ki mən sənsizəm?

Sən yuxusuz gecəmdəsən.
Ürək kimi sinəmdəsən.
Ölənəcən, mənimləsən,
Kim deyir ki, mən sənsizəm?

Sən gözümün, qarasısan,
Bu qəlbimin yarasısan.
Məndə mənlə qalasısan,
Kim deyir ki, mən sənsizəm?

Sən ən əziz yerimdəsən,
Sən nəgməmədə, şeirimdəsən,
Ruhum tək bədənimdəsən,
Kim deyir ki, mən sənsizəm?

Rəhimli tək, qanımdasan,
Mən sağ ikən canımdasan,
Hər dəqiqə, yanımdasan,
Kim deyir ki, mən sənsizəm?



Müəllif:Aygün Rəhimli
Top