Mehriban düşmən.

Mehriban düşmən.

Sən mənim sevdiyimsən.Bir tək sevdiyim.

Qəlbim,ruhum,duyğularım bir tək sənindir.

Mənim olan bir cismim var,onu da sənin uğrunda qurban verməyə hazıram.

Səni bütün varlığımla sevirəm.

Ancaq,sənə nifrət də edirəm.Bu iki hiss qarşısında aciz qalmışam.

Çünki,sən məni deyil,bir başqasını sevirsən.Sən,məni deyil,başqasını düşünürsən.Onun yanındasan.

Məni özünə sadəcə dost bilirsən.Sənə iki  səbəbdən nifrət edirəm.Məni sevməməyin və səni sevməyəni sevməyin üçün.

O,sənin deyil.Sən,mənim deyilsən.

Ancaq sənə olan nifrətim,sevgimin qarşısında acizdir.

sevgi haqqında düşüncələr

Biz dostuq.Mehriban,sevgili dost.Bir-birimizi çox sevirik.

Ancaq sənin mənə istəyin mənim sənə olan sevgim deyil.

Tanrıdan tək diləyim var.

İçimdə məni sarsıdan 2 hisslərdən birini saxlasın.

Ya sevgi,ya nifrət!

Ya məni sevəsən,xoşbəxt olaq,ya da sənə sevgisiz nifrət edim,xoşbəxt ol!

Sən,mənim mehriban düşmənimsən!!

 

Cahandar Həsənli.

Mənbə:İnternet aləmində ilk olaraq yayımlanır.Müəllifin imzası olmadan yayımlamaq qadağandır.

Top