Sadəcə oxuyun

Sadəcə oxuyun

Başımı aşağı saldım, pessimist dediniz.
Dik tutdum, optimist dediniz.
Getmək istədim, qorxaq dediniz.
Getmədim, qaldım. Onda da boş inad dediniz.
Dizlərimi yerə qoyub ağlayanda zəif dediniz.
Göz yaşlarımı qurudub gülməyə başladım, bivec dediniz.
Səssiz qaldım, bütün dediylərinizə susdum, qoyun dediniz.

Danışdım, hər səhvinizi üzünüzə, vurdum boşboğaz dediniz.
Mənə işiniz düşdü, qardaş dediniz.
Dedim, “bağışlayın, köməy eliyə bilməyəcəm bu dəfə”, əclaf dediniz.
Özümçün bir şeylər elədim, eqoist dediniz.
Hamıyçün eləməyə başladım, yalançı ürəyiaçıqlıq bildiniz.
Məmnun olmuyanda mənə naşükür dediniz.
Şükür edib, təşəkkürlərimi bildirdim həddinnən artıq inandığımı dediz.
Sizinçün qapını açmadım, mədəniyyətsiz dediniz.
Açdım, yaltaq dediniz.

Mən hər dəfə havaya qalxanda, quş kimi uçanda siz yerdən mənə baxdınız. Uçmaq istədiniz mənim kimi. Amma qırdığınız qanadlar sizi göyə qaldırmadı. Başladınız mənə gülməyə ki, onsuz da bir gün çaxılacaqsan.
Gözlərimdəki od sizi qorxudur. Ama bunu bildirmirsiniz. Sizə elə gəlir ki, bildirmisiniz. Güc qışqırıb bağırmaqla, hədə-qorxu gəlməklə bəlli olmur. Əllərinizdəki dolu vedrələr nə qədər qorxduğunuzu göstərir. Ama cəsarətiniz belə çatmır ki, qaldırasınız o vedrələri. Onda niyə gətirmisiniz? Hə, bildim, axı ehtiyat igidin yaraşığıdır. Qorxaq “yanğınsöndürənlər”.Mən su olub sellərlə gəldim, dənizlərlə daşdım, yağışlarla yağdım, doldurdum bütün çuxurlarınızı. Bəndlər çəkdiniz, Böyük və möhkəm çətirlər düzəltdiniz siz. Bədbəxt istehsal xətalrarı, üzməyi öyrənməyə çalışmadınız.

Torpaq olanda parçaladınız məni gözlərinizdə, böldünüz. Fərqsiz yarılarda fərq axtardınız.Üstümə ayaq basdınız, sonra isə tapdaladnıız məni, ləkələdiniz, bilmədən ki, bu gün tapladığınız mən sabah qəbirdə gözlərinizə, qulaqlarınıza dolacam.Üşüdünüz, başqalarının paltarlarını geyindiniz.
Baqa çərçivələrdə öz rəsiminizi itiridiniz.
Şəffaf şüşənin hər iki üzündə ləkə tapdnıız.
Ləkəlilərin içindəki təmiz ləkəlilər,
Mənləri uzaqlaşdırdınız aranızdan ,
Mənlər Biz oldu,
Bizlər güzgünüzə çevrildi.
Qorxdunuz,
Güzgülərdən, ya güzgüdəkilərdən? Özünüzə belə etiraf etməyə cəsarətiniz çatmadı.

Hər döngədə yeni bir yalan.
İndi tüpürün dabana, qaçın ən böyük addımlarınızla,
Addımlarınızı atdığınız hər yer tələlərlə doludur !
Siz sistemdəki errorlarsınız !
Nəfəsiniz tükənməsin deyə içinizə çəkdiniz!
Atmosferin qaz tərkibi dəyişir, boğulacaqsınız !

Top