Son zamanlar adı tez-tez duyulan Ebola xəstəliyi və qısa müddət ərzində bir çox ölkəni təsiri altına alaraq ölümcül nəticələrə səbəb olur. Qan və ifrazat yolu ilə insandan insana asanlıqla keçən Ebola virusu ilk olaraq Sudan və Konqo Demokratik Respublikasında aşkarlanmışdır. Dünya Sağlıq Qurumu tərəfindən 4-cü Risk Qrupu Patojen olaraq qəbul edilən virusun indiyənə kimi aşkarlanan 3 əsas növü vardır.
İp formasında olan virus 80 nm boyundadır və əsasən RNA'dan ibarətdir. İlk öncə insanlarda qanamalı qızdırmaya səbəb olur. Sonrakı mərhələlərdə orqan çatışmamazlığına səbəb olan Ebola virusu ölümə səbəb olan ciddi sağlıq problemidir. Xəstəlik insanlara əsasən meymunlar və meyvə yarasalarıdan keçir, qan və maye ilə yayılır. Hava ilə yayılma halına rast gəlinməmişdir.
Özel Medline Aydın xəstəxanasının baş həkimi Dr. Serkan Kurnazın söylədiklərinə əsasən virus insan bədəninə daxil olduqdan sonra 5-10 gün ərzində xəstlik inkişaf etməyə başlayır. Xəstəliyin ilkin göstəriciləri aşağıdakılardır:
Yüksək temperatur, üşütmə, titrəmə, yorğunluq. Xəstəliyin digər göstəriciləri şiddətli baş ağrıları, əzələ ağrısı, ürək bulanma, qusma, qarın ağrısıdır. Virusun ən əsas göstəricisi sonrakı dövrlərdə yaranan qanamalardır. Beləki xəstəliyə yoluxma zamanı irəlləyən dövrlərdə göz, burun, qulaq, ağız və rektumdan qan gələ bilir. Ebola virusu yoluxma zamanı ağ qan hüceyrələrini tez bir zamanda yox edərək həzm sistemini zəiflətdiyi üçün insan bədəni virusa müqavimət göstərə bilmir və nəticədə orqan çatışmamazlığı yaranır. Bu virusa yoluxma zamanı ölüm faizi yüzdə 90-a qədər çıxa bilir.
Virus adını Afrika qitəsində axan bir çaydan götürüb. Əsasən virus Liberiya, Qvineya, Konqo Demokratik Respublikası, Qabon, Cənubi Sudan, Fildişi Sahilləri, Uqanda, Konqo Respublikasında aşkarlanıb. Son dövrlərdə Avropa və Amerikada da Ebola virusu daşıyan xəstələrə rast gəlinmişdir. Ebola xəstəliyi təkcə Qərbi Afrikada 3.400 insanın həyatını itirməsinə səbəb olmuşdur.
Hazırladı: Muşviq / İstifadə zamanı sayta istinad mütləqdir (linki elave etməklə)