Qidalanma haqqında qeydlər

Qidalanma haqqında qeydlər

Mətbuatda tez-tez müxtəlif ixtisas sahiblərinin necə və nə ilə qidalanmaq barədə verdikləri məsləhətlər dərc olunur. Sadəlövh adamlar, bunlara inanır, tətbiq etməyə başlayırlar, bəzən isə bu sadəlövhlüyün nəticəsi pozulmuş səhhət olur. Belə məqalələri həkimlər də yazırlar, amma onlar da adətən, qidalanma sahəsində mütəxəssis olmurlar. Belə əsassız məsləhətlərə dair izahat verməyi zəruri hesab edirik:
Stress və qidalanma. 1936-cı ildə Selye tərəfindən irəli sürülmüş «Stress» termini elmi cəmiyyət tərəfindən tamamilə və bir səslə ifşa olunmuşdu. Eləcə də bu termin gülüş hədəfinə çevrilmişdi. Selyeni bu mənasız və fırıldaq ideyadan əl çəkməyi dəfələrlə dilə tutmuşdular. İndi isə bu XX əsrin ən gözəl kəşflərindən biri hesab olunur. stress-insan beyninin düşməniArtıq 40 ilə yaxındır ki, stress ziyalı əhalinin dilində ən çox istifadə olunan sözdür, hətta biologiyaya heç bir aidiyyəti olmayan şəxslər də bu sözü çox işlədirlər.
Bir-biri ilə əlaqəsi olmayan geniş təsirlər müxtəlifliyi orqanizmdə qəribə bənzər cavab reaksiyaları yaradır. Təsirlərin sayı çoxdur. Buraya yad və təbii maddələrin inyeksiyası, isti, soyuq, radiasiya, qanitirmə, əzələ və emosional gərginlik və s. aiddir. Orqanizm isə bu cür müxtəlifliyə standart və stereotip cavab verir, elə bil ki, heç bir yaradıcı qabiliyyəti yoxdur. Hər şey vahid trafaret standart əsasında baş verir, böyrəküstü vəzilərin qabığı artır, onun tərkibində lipid və xolesterin azalır; immun sistemin, xüsusilə timus-limfotik cihazın, orqan və toxumaların çəkisi itir, aşağı düşür, dəyişilir, eozinopeniya baş verir (eozinofillər azalır, bu qranulositlərin bir formasıdır, qranulositlər isə leykositlərin bir formasıdır — hansılar ki, immun sistemə kömək edir), mədə-bağırsaq sistemi yaralarla örtülür.
Stress qan təzyiqini qaldırır, dərinin, saçların vəziyyətini və mədə-bağırsaq sisteminin işini pisləşdirir. Siz stress vəziyyətində olduqda, ağlınıza gələn axırıncı fikir — yaxşı qidalanma olur. Çünki, siz özünüzü inandırırsınız ki, hər şey qaydasına düşdükdən sonra qidalanma haqqında fikirləşmək olar. Yadınızdan çıxarmayın ki, stress vəziyyətində orqanizmə çoxlu faydalı qida maddələri lazımdır ki, o bu vəziyyətdən çıxa bilsin və özünü gündən-günə daha zəif, yorğun hiss etməsin.
Stress və yorğunluğa qarşı təbii şəkildə qarşıdurma — B qrupu vitaminləridir. Bu vitaminə ehtiyacı olan şəxslər depressiya və yaddaş pozğunluğundan əziyyət çəkirlər. B qrupu vitaminləri süd məhsullarında, yumurtada, tünd yaşıl yarpaqlı tərəvəzdə, fındıqda, mayalı ekstraktlarda, bananda çoxdur. Ona görə bu məhsullardan çox istifadə etməyə çalışın. İşdə və məktəbdə banan və bir ovuc duzsuz fındıq yüngül qidalanmanın əvəzini verir.
Tədqiqatlar bir daha səhər yeməyinin müsbət cəhətini təsdiq edir. Qarşıdan gələn günün gərginliyindən asılı olmayaraq, səhər az da olsa yemək lazımdır. Yadda saxlayın, adi meyvəli südlü kokteyl və ya banan orqanizmə lazımi enerjini verir.
Çox vaxt stress vəziyyətində mədə buğdanı qəbul etmir, əgər siz dənli bitkilərin həlimindən ürəkbulanma hiss edirsinizsə, səhər yeməyində düyüdən və ya yulafdan hazırlanmış sıyıqdan istifadə edin. Yağlı bulka yemək məsləhət deyil, belə ki, yorğun orqanizm belə yağlı yeməkləri çətin həzm edir. Səhər yeməyi zamanı qayğanaq daha əlverişlidir, həm də xeyirlidir.
Əgər bir qədəh qəhvə gərgin iş şəraitində sizə kömək edirsə, ondan imtina etməyin. Lakin yadda saxlayın ki, qəhvədə, çayda, koka-kolada, isti şokoladda olan kofein orqanizmdə adrenalini artırır. Orqanizmdə uzun müddət ərzində yığılıb qalmış adrenalin orqanizmi əldən sala bilər.
Əgər siz kofeini atmaq istəyirsinizsə, yadda saxlayın ki, birinci 24 saat ərzində sizə çətin olacaq; baş ağrıları, yorğunluq hissi ola bilər. Çoxlu su, şirə için, çoxlu meyvə yeyin və ya təzə çəkilmiş meyvə şirəsi için (meyvədəki fruktoza beynin işini tənzimləyir). Əgər siz tez-tez bir yerdən başqa yerə gedirsinizsə, özünüzlə su butulkası və bir neçə otlu çay paketcikləri götürün — 1 qədəh qaynar su ilə siz quru çobanyastığı və ya nanə paketciyini ətirli stress əleyhinə çaya çevirə bilərsiniz.
Ağır iş gününün sonunda istirahət edib, dincəlmək üçün tərkibində nişasta olan qida məhsullarından istifadə etmək lazımdır: makaron, kartof, çörək, düyü və s.
Öz orqanizminizin qeydinə qalın, o həyatın çətinliklərinə və stresslərinə qarşı mübarizə apara bilər. Mürəkkəb və zəngin dietaya riayət etməklə özünüzə daha çox problem yaradıb, daha dərin stressə qapanmayın.
Yadda saxlayın ki, düzgün istiqamətdə edilmiş kiçicik bir addım, heç bir şey etməməkdən daha yaxşıdır. Əgər siz gərgin iş günü ərində meyvə və tərəvəz, bir neçə meyvə şirəsi və ya su, ələnməmiş, yəni kəpəkli undan bişmiş çörəklə buterbrod və ya təzə kahı qəbul edə bilərsinizsə, siz öz bədəninizə stressə qarşı mübarizə etməkdə kömək edəcəksiniz.
Aşağıdakı ərzaq məhsullarını öz rasionunuza daxil edin:

  • Süd məhsulları, yumurta;
  • Tünd yaşıl yarpaqlı tərəvəz;
  • Fındıq və mayalı ekstrakt (marmite);
  • Banan;
  • Çay və kofe əvəzinə ot çayı, mineral su və ya meyvə şirələri;

Müəllif: Qasımov Maqsud Səfər oğlu,Azərbaycan Tibb Universitetinin kommunal və qidalanma gigyena kafedrasının professoru
Mənbə: Sağlam həyat tərzi uğrunda

Top