Qəhvənin təsirləri

Qəhvənin təsirləri

Çox qəhvə içənlərin gözünə qarabasma görünə, ya da ki, qulaqlarına səs gələ bilər. Gün ərzində 7 fincandan çox qəhvə içənlər hallyusinasiyadan əziyyət çəkə bilərlər. Durham Universiteti 200 tələbəni dindirərək onların qəhvəiçmə adətlərini sual edib. Amma alimlər deyirlər ki, son tapıntı birbaşa bağlılığın olduğunu sübut etmir.

Onlar iddia edirlər ki, hallyusinasiya zehni xəstəliyin əlaməti sayılmır və 3% adam mütəmadi olaraq səslər eşitdiyini bildirib.

Psixologiya üzrə elmi əsər üzərində işləyən Simon Jones deyir ki, bu, hallyusinasiya ilə bağlı faktorların araşdırılması istiqamətində ilk işdir.

Stresslə üz-üzə

qəhvə (kofe)-sevimli dadO bildirir ki, əvvəl önə sürülən uşaqlıq travması kimi faktorlar da hallyusinasiya ilə bağlı ola bilər. Stresli olanda orqanizm bədənə kortisol adlanan hormon buraxır. Bir neçə fincan qəhvə içəndən sonra isə bu proses sürətlənir.

Onun fikrincə, məhz buna görə də, kafein ilə əhval-ruhiyyə arasındakı bağlılıq öyrənilməlidir.

Qəhvədən başqa çay, şokolad və enerjiverici sərinləşdiricilərin də tərkibində kafein var.

Hamiləliklə bağlı problemlər

Bəlli olan hallar arasında qarabasma, səslərin eşidilməsi və ölülərin otaqdakı mövcudiyyətini hiss etmək də var.

Buna baxmayaraq, cənab James əlavə edib ki, bu bağlılığı dəqiqləşdirmək üçün əlavə araşdırma işinə ehtiyac var.

O bunu bildirib: " Stresli adamlar daha çox kafein qəbul edirlər."

İndi tədqiqatçılar hallyusinasiya ilə bağlı ola biləcək pəhrizin şəkər kimi aspektlərini öyrənməkdədirlər.

Britaniya Qəhvə Assosiasiyasından Dr Euan Paul vurğulayıb ki, araşdırma işinə yalnız yüksək həcmdə kafein qəbul edənlər cəlb ediliblər. O deyib ki, hallyusinasiyaya gətirə biləcək başqa qida məhsulları öyrənilməyib.

" Qəhvə, kafein və səhhət məsələlərini öyrənən minlərlə araşdırma işi göstərir ki, gün ərzində 400-500mg kafein qəbul etmək təhlükəsizdir və bunun müəyyən xeyri də ola bilər."

Son vaxtlar aparılan araşdırma işləri böyük həcmdə kafein qəbulunun aborta gətirən bağlılığın olduğunu göstərib. Digər araşdırma işləri isə kafeinin dəri xərçəngi ilə mübarizədə kömək edə biləcəyini, ya da ki, şəkər xəstələri üçün problemlərin yarana biləcəyini göstərib.

mənbə: BBC Azərbaycan

Top