“Çərpələng uçuran”dan sitatlar
Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur.
Əgər bir gün dindarlar bu ölkəni ələ keçirsələr, vay bizim halımıza!
Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.
Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.
Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?
Çərpələng uçuran adam çərpələngi əlinə aldısa, heç kim bunu onun əlindən ala bilməzdi. Bu, qayda deyildi. Ənənə idi.
Yaralar sağalar, ləkələnən adlar əsla.
Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi.
“Min möhtəşəm günəş”dən sitatlar
— Ancaq bir hünər var. O da dözmək və səbr etməkdir.
— Nəyə dözmək, Nana?
— Heç narahat olma. Dözüləcək şey tapmaqda çətinlik çəkməyəcəksən.
Ağlına Nananın dediyini sözlər gəldi: hər bir qar dənəsi dünyanın harasındasa haqsızlıqla üzləşən bir qadının ahıdır. Bütün bu ahlar göylərə yüksəlir, bulud kimi toplanır, sonra balaca hisslərə bölünüb səssizcə aşağı, insanların üstünə yağırdı.
Kişinin ürəyi həbsxana kimidir. Ana bətninə heç oxşamır. Qanamaz, sənə yer eləmək üçün genişlənməz.
Sevgi insanın ürəyində qopan səssiz fəryaddır. Bəzən bunu sevdiyimiz insanlar da hiss etmir.
Yeni doğulacaq oğlana ad axtarırdılar, çünki qız olsa, adının nə olacağı bəlli idi – Məryəm.
Həmişə şimalı göstərən kompas kimi kişini günahlandıran barmağı da mütləq bir qadın işarə verər.
Orda gələcəyin heç bir mənası yox idi.
Keçmiş isə ancaq bir dərsdən ibarət idi.
Sevgi – insana zərər verən yeganə səhvdir. Üstəlik ortağın ümiddirsə, sevgi çox təhlükəli bir illüziyaya çevrilir.
Hələ çox balacasan, bilirəm, amma bunu indidən başa düşməyini və yaxşıca dərk etməyini istəyirəm. Evlilik gözləyə bilər, təhsil gözləməz. Sən çox, çox ağıllı qızsan. Həqiqətən eləsən. İstədiyin peşəyə sahib ola bilərsən, Leyla. Səni tanıyıram. Bu müharibə qurtarandan sonra Əfqanıstanın kişilərdən çox sizə ehtiyacı olacağını bilirəm. Çünki cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz, Leyla.