Elm haqqında aforizmlər

Elm haqqında aforizmlər

(Ey  Rəsulum! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.  ( Qurani Kərim)
Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək.  (Hz.Muhəmməd s.ə.v.)
Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil.  ( Hz.İsa ə.s.)
Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənir.  ( Hz.Əli ə.s.)
Əgər elm ümidlə olsaydı, dünyadakı bütün insanlar alim olardı.  ( Hz.Əli ə.s.)
Kim özündən çox bilənlə mübahisə etsə ki, biliyi meydana çıxsın, biliksizliyi ortaya çıxar.  ( Sədi Şirazi)
Bütün elmlərin açarı sual işarəsidir.  ( Onore de Balzak: Fransız yazıçısı)
Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey elmdən usaqlaşmaq kimi insan ömrünü məhv etmir.  ( Loğman: Hikmət sahibi)
Bir elmi öyrənmək istədikdə sən
Çalış ki hər şeiy kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.  ( Nizami Gəncəvi:Dahi Azərbaycan şairi )
Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır.  ( Pyer Buast: Fransız dilşünası )
Milli vurma cədvəli olmadığı kimi, milli elm də yoxdur; nə millidirsə, o, artıq elm deyil.  ( Anton Pavloviç Çexov: Rus yazıçısı )
Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər.  ( Frensis Bekon: İngilis alimi )
Elm öyrənmək heç vaxt gec deyil.  (İbn Sina: Şərq filosofu və həkimi )
Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur.  ( Vasili Osipoviç Klyuçevski: Rus tarixçisi )
Qədimdə insanlar elmi kamilliyə yetmək naminə öyrəndikləri halda, bu gün onu dünyanı fəth etmək naminə öyrənirlər.  (Konfutsi: Qədim Çin mütəfəkkiri )
Elminizə elm əlavə edən şəxs sizin dostunuzdur.  ( Corc Mur: İrland yazıçısı )
Elm hüdudsuz bir okeandır; mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik.  ( İsaak Nyuton: İngilis fiziki və astronomu )
Elm dərkdən başqa bir şey deyildir.  ( Platon: Qədim Yunan filosofu )
Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir.  (Sokrat)
Elm səbəb, əməl isə nəticədir.  ( Nəsrəddin Tusi: Azərbaycan dramaturqu )
Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır.  ( Covanni Viko: İtalyan filosofu )
Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür.  ( Çin atalar sözü )
Vicdansız elm ruhun çöküntüsüdür.  ( Fransua Rable: Fransız yazıçısı )
Elm sahibi olmadığını bilməyin özü də bir növ elm sahibi olmaq deməkdir.  ( Konfutsi: Qədim Çin mütəfəkkiri )
Təbiət insanı zülmətlə dövrələyir və onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir.  ( İohann Volfanq Höte: Alman mütəfəkkiri)
Zövqlərin ən gözəli elmdən alınan zövqdür.  ( Samuel Smayls: İngilis yazıçısı )
Elmdə qürur olmaz, olarsa, həqiqətlər yox olar.  ( Henri Kaldervud: İsveç filosofu )
Könlüm elmlərdən qalmadı məhrum,
Sonda bildim heç nə deyilmiş məlum.  (Nəsrəddin Tusi: Azərbaycan alimi və dövlət xadimi)
Top