Ədalət gözəldir, lakin əmirlərdə olsa, daha da gözəldir. (Hz.Muhəmməd s.ə.v. )
Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. (Qurani-Kərim)
Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir. (Aristotel: Qədim Yunan filosofu)
Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir. (Şarl Lui Monteskyo: Fransız filosofu)
Ədalət qüvvətli, qüvvətlilər isə ədalətli olmalıdır. (Blez Paskal: Fransız riyaziyyatçısı)
Ən böyük ədalətsizlik adil olmayıb adil adam kimi görünməkdir. (Platon: Qədim Yunan filosofu)
Ədalətin hakim olduğu yerdə silahın yeri yoxdur. (Jak Amyot: Fransız yazıçısı)
Dövlətin xəzinəsi ədalətdir. ( Konfutsi: Qədim Çin mütəfəkkiri)
Qılıncın edə bilmədiyini ədalət edər. ( Qanuni Sultan Süleyman: Osmanlı hökmdarı)
Gücə söykənməyən ədalət aciz, ədalətə söykənməyən güc isə zalımdır. ( Blez Paskal)
Məmləkətlər qılıncla alınır, lakin ədalətlə mühafizə edilir. (Əmir Teymur: Orta Asiya dövlət xadimi, sərkərdə, əmir)
Ədalətin olmadığı yerdə əxlaq da yoxdur. (Mişel de Monten: Fransız filosofu)
Heç bir dəyər ədalət qədər böyük ola bilməz. ( Josef Addison: İngilis yazıçısı)
Pisliyi ədalətlə, yaxşılığı da yaxşılıqla qarşıla. (Lao Tszi: Çin mütəfəkkiri)
Ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır. ( Mark Tulli Siseron: Qədim Roma dövlət xadimi)
Ədalət sözü bərabərlik mənasında deyil. Ədalət hər kəsə ehtiyacı müqabilində nəyinsə verilməsidir. Bərabərlik isə hər kəsin eyni şeyi bərabər şəkildə almasıdır və bu da hər zaman ədalətli deyildir. ( Naməlum)
Ədaləti yüksək bir qanun olaraq qəbul etməyən bir millət bu fəlakətini heç bir uğurla düzəldə bilməz. ( Naməlum)
Ədalət yer üzündə Allahın tərəzisidir. (Hz.Əli ə.s.)