Salvador Dali və La persistencia de la memoria

Salvador Dali və La persistencia de la memoria

Elə sənət əsərləri var ki, məsələn, "Mona Liza" kimi sözün həqiqi mənasında baxılmağa və haqqında məlumat öyrənməyə dəyər. Bu səbəbdən ən çox xoşuma gələn bir əsərlə Salvador Dalinin “Yaddaşın əzmi” (və ya “Yaddaşın sabitliyi”) əsəri ilə başlamaq istədim.
La persistencia de la memoria – Bu əsər eyni zamanda “Əriyən saatlar” kimi də məhşurdu.
1931-ci ilə aid olan bu rəsm əsəri 1932-ci ildə 250 ABŞ dolları müqabilində satılıb. Geniş bir qum çölü təsvir olunan əsərdə ki, əriyən saatlar ideyasını Dali avqust günəşi altında əriyən camembert pendirindən götürüb. Əsəri zamanın dəyişməzliyi anlayışına protesto kimi də yozmaq mümkündür.
Rəsmin mərkəzi hissəsində canavar və insan obrazının sintezini görürük.
Belə bir obrazı rəssamın bəzi əsərlərində də görmək mümkündü.Tablonun sol hissəsində olan saatın üzərində isə ölümü və qadın cinsiyyət orqanını simvollaşdıran qarışqaları görmək mümkündü. Onu da qeyd edim ki, deyilənə görə bu əsər tamamlandıqdan bir müddət sonra qırmızı şərabla isladılıb.
Sürrealist bir əsər olan bu tabloda eyni zamanda Ziqmund Freyd fəlsəfəsinin Salvador Dali yaradıcılığına olan təsirini də hiss edə bilərsiz. 
Salvador Dalinin ən məşhur rəsmlərindən biri
Top