Dostluq həyatın ən gözəl anlamıdır.O qədər dəyərli bir münasibətdir ki...Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır.Dostlarınla gözəl münasibət qur.
Dünyada eyibsiz adam ola bilməz,lakin sən mərd ol,mərd adamda çox da nöqsan olmaz.Namərdlə dostluq etmə,namərd dostdan xeyir gəlməz.Badə dostlarını dost hesab etmə,çünki onlar qədəhi üstün tuturlar,səni yox.Dostun yaxşısı da olar,pisi də,hər ikisi ilə dostluq et,yaxşıları ilə ürəkdən dostluq et,pisləri ilə dildə dost ol.Beləliklə,hər iki tərəfin dostluğu təmin edilmiş olar.Ehtiyac həmişə yaxşı dostlara düşməz,elə vaxt gələ bilər ki,pis dostlara da adamın işi düşə bilər.Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi,pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar,lakin sən yaxşıların yolu ilə get ki,hər iki dəstənin dostluğu sənə nəsib olsun.Amma heç vaxt axmaq adamlarla dostluq etmə,çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki,yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.
Adamlarla orta dost ol,dostlarının çoxluğuna bel bağlama…Əsl dost özünü hesab et,ətrafina diqqətlə bax..Dostlarının etibarlılığına ümid edib arxayınlaşma…Min dostun olsa belə,heç kəs sənə özündən artıq dost ola bilməz.Dostu xoş və bəd gündə də yoxla,xoş gündə hörmətinə,bəd gündə isə köməyinə görə.Düşmənini düşmən hesab etməyəni dost bilmə,elə adam tanış adlanar,dost sayılmaz.
Yalnız yaxşı və istedadlı adamlarla dostluq et ki,sən də dostlarının şöhrət tapdığı istedadlarla hörmət qazanıb təriflənəsən.Tək olmaq pislə oturmaqdan yaxşıdır.
Tamahkar dostdan qaç,onun dostluğu tamah üzündən olar,həqiqi dostluq olmaz.Kinli adamlarla dostluq etmə,kinli adam dostluğa layiq deyil,ürəyi həmişə kinlə dolu olar.
Hər zaman dostluqda möhkəm ol,onda sənin də işlərin möhkəm olar.Axmaq bir
şey üstə dost səndən üz döndərirsə,onu geri qaytarmağa çalışma.Deməli ləyaqəti yoxdur.Dostlarınla pis vaxtlarında da yaxşı vaxtlarındakı kimi rəftar et.O adamı dost hesab et ki,onun da səni dost hesab etdiyinə əminsən...
Nəyim varsa - mən payladım dostlara,
O dosta ki, onun yoxdu, mənim çox.
Hərdən – hərdən mən də umdum dostlardan,
O dostdanki onun çoxdu, mənim yox.
Dara düşdüm darda görsəm dostumu,
İçimdəcə həzin – həzin ağladım.
Öz yaramın sarığını açıb mən,
Dostlarımın yarasını bağladım.
Qaça - qaça , uça - uça yaşadım.
Kim bilir , mən niye belə incəldim,
Kimse dostun sərvətini bölüşdü,
Mən dərdini bölüşəndə dincəldim.
İçim - çölüm çox oxunan kitabdır,
Düşünməyin: "yerin - göyün sirri o".
Tanış olun dost sandığım dostlarla:
Biri odu, biri odu, Biri - o...
Bir də,dostlarının dostları haqqında fikirləş,onlar da dostlar cərgəsində hesab edilərlər.Lakin düşməninlə dostluq edəndən ehtiyatlı ol,ola bilər onunla dostluğu səninkindən möhkəm olsun və düşmənindən əvvəl sənə zərər yetirsin.Dostunla düşmənlik edənlərdən də özünü qoru.Heç bir səbəb və əsas olmadan səndən şikayətlənən dostlardan dostluq gözləmə.Tez-tez dost dəyişdirməyi adət etmə,dostu çox olanın eyibləri örtülər,ləyaqətləri meydana çıxar.Lakin təzə dost tapdıqda köhnəsinə uz çevirmə.Yenisi ilə dost ol,köhnəsi də qoy yerində qalsın,beləliklə,dostların sayı çoxalsın.Deyiblər ki : “Yaxşı dost böyük xəzinədir”. Bİr də,səninlə dostlaşmaq istəyən,lakin hələlik yarımdost olan adamlar haqqında da fikirləş,onlara yaxşılıq et.
Dostluq zamana və yerinə baxmadan,maddi və mənəvi keyfiyyətlərə o qədər də əhəmiyyət verməyən dünyanı ağ-qara rəngdə yox,rəngarəng görən duyğu və duşüncəsini özündə cəm edən insandır.
Dost varlığıyla hər anımı deyerli eden sevinc,göz yaşı,qurur,təsəlli hissini bir arada yaşada bilən,həyatıma dəyər qatan unudulmaz varlığımdır.
Varlığı mənim üçün dəyişməz qalan,uzaqlarda olsa da yeri hər zaman görünən,varlığını bir sms-lə bildirən candır- dost.
Dostluq fedakarlıqdır.Özünə belə etiraf edə bilmədiyin sirrini,yaşadığın hər anı bilən,sənə mənəvi dayağ olan ,Üzüntülü anında belə üzünü bir anlığa da olsa güldürə bbiləndir dost.Sənin dərdini özününki bilən,yaşadığın hər anı səninlə yaşayan etibarlı bir ürəkdi.Həyatda hamıya inam ,etibar olmaz dost elə bir seydir ki,ona gözü bağlı güvənməlisən.Təbii ki,bunun üçün zaman da çox önəmlidir.
Kimlər həyatımıza gəlsə də onun yeri həç vaxt dəyişmyərək qalacaq.Mənim üçün bu,illər keçsə də belə qalacaq.Bəlkə də belə düşündüyüm üçündür ki,illərdir dostluqlarım davam edir.Dostluğa nə qul,nə ağa lazımdır.O,bərabərliyi sevir.
Bəzən dostluqlar adi bir səbəbdən bitə bilir.Bunu hər iki tərəf də qəbul etməsə də, bəzən qurur hissi bunu bitirə bilir,bəzən də başqa birinin tək bir sözü .Mən bilib-bilmədən dostluğu bitirməyə çox qarşıyam.Nöqsansız dost axtaran dostsuz qalar.
Həyatda bəzi anlar vardır ki,o anlarda dost və düşmənini tanıya bilirsən.Məncə dost şad gündə tanınır.Çünki dar gündə hamı yanında olur.ama sevincli gününə hamı sevinə bilməz .Ailə və dostdan başqa.
Dost sarğı kimidir.Yapışdırarkən yaranı sarar amma çıxararkən canı yandırıb yaxar...
Həmçinin bax:
Dostluq hekayəsi
dost necə olmalı?