seriallar haqqında

seriallar haqqında

Serial mövzusu çox yaralı mövzulardandır. Bir neçə ildir ki, bizim də televiziya efirinə yol tapan seriallar çox şeyləri dəyişdi. Əsasən Cənubi Amerika və Latın Amerikası serilaları yayımlansa da, türkdilli seriallar da peyda oldu. Bizə ən əsas təsir göstərən mədəniyyət isə, Hadi və Lukas mədəniyyəti oldu. Düzdü bu seriallarda bəzi müsbət məqamlar olsa da, hər kəs bu məqamlara öz mədəniyyəti səviyyəsində yanaşdı.

Səid Hadeyə şillə vurur:


Dilimiz də seriallardan az bəhrələnmədi. Insanlar ilk dəfə klon anlayışı ilə tanış oldular. Gənclər və yaşlı nəsil arasında bu, çox müzakirəli bir mövzuya çevrildi. Orta məktəblərdə dərsin əsas mövzusu oldu. Adamlar seriallardan təsirləndilər. Adamlar aktyorlara çox ciddi şəkildə bağlandılar. Xoşu gəlməyən aktyorun ünvanına nalayiq söyüşlərdən tutmuş, qarğışlara, pirlərə şıxlara tapşırmaya kimi məsələ ciddiləşdi. Bu tragikomik hadisələrin kulminasiya nöqtəsi toylarda tamadaların gənclərə sevgilərinin Lukas və Hadi sevgisi kimi əbədi olmasını arzulamalarında, uşaqların özlərini serial qəhramanlarına bənzətmələrində, xəbərlər proqramlarında seriallarda olan hadisələrdən xəbər verilməsində və s özünü göstərdi.

Son dövrün ən qalmaqallı serialı isə Yaprak Dökümü serialı oldu, gülməli olsa da bu serialdan sonra evet və hayır deyənlərin sayı sürətlə artmağa başladı. Bir müddət hamının telefonunda Yaprak Dökümündəki musiqi dəbdə oldu:

Fikret, Şövket, Aliye, Polad, Çakır, Abdulhey kimi tanınan aktyorlar az qala milli qəhraman səviyyəsində adamların yaddaşında əbədiləşdi. 99% adam Kurtlar vadisi serialından tanıdığı aktyorlar qədər milli qəhraman tanımır.

 

Gülməli də olsa insanlar bu serialın dünyanın bütün sirlərini açdığını söylədilər. İndiki kimi yadımdadı, dərsdə birinci dərsi uşaqlar adətən bu serial haqda danışırdılar, öz proqnozlarını verirdilər. Mərc gələnlər də olurdu. Adətən həftənin altıncı və bazar günləri efirə çıxan bu serialı gözləməyə səbirləri çatmırdı, mobil telefonlarda hər gün Poladın videoları canlanırdı. Hal hazırda efirə buraxılmayan bu serialı internet klublarda həvəslə izləyirlər. Gənclər bir-birini hörmət əlaməti olaraq Polad və ya Çakır adlandırırdılar.

Polad və Çakırın şəkillərinə hər yerdə rast gəlinir, bu siyahıya satış rekordunu vuran köynəkləri, kalendarları, papaqların üzərindəki şəkilləri və ən əsası qızların xatirə dəftəri bəzəyən şəkilləri əlavə etmək olar. Zəngimsellərinə Polad və Çakırın səs yazısını qoyan gənclər bir növ cəsarət tapırlar, zəngimsell kodları hər beş dəqiqədən bir televiziya efirində göstərilir və bir parça ifa da səsləndirilirdi. Metroların çıxışında disk satılan yerlərdə Poladla İskəndərin titrəyişli səsləri və dalbadal açılan atəş səsləri bu gündə gəncləri ruhlandırır. Bu bir dəfə olsa dərd yarıdır, bəla orasındadır kı, dəfələrlə metroya girəndə də, çıxanda da bunu eşitmək məcburiyyətindəsən.

Bu yazılanlar bu gün də var, dünyanın sonuna kimi də olacaq. Aktyorlar bir neçə əsr ürəklərdə yaşayıb sonra dəyişsə də, yuxarıdakı faciələr dünyanın sonuna kimi bizimlədi.

Həmçinin bax:
Serial xəstəliyi
Serialların həyatda rolu

Top