6 aylıq uşağa kitab oxunarmı?

6 aylıq uşağa kitab oxunarmı?

Bir ana və ata­nın uşa­ğı­na ve­rə bi­lə­cə­yi ən bö­yük hə­diy­yə­lər­dən bi­ri mü­ta­liə­yə və ki­ta­ba sev­gi­dir. Yax­şı bir ki­tab qə­dər heç nə in­sa­na zövq ver­məz, hə­yə­can­lan­dır­maz, il­ham ver­məz, təş­viq et­məz, se­hir­lə­məz və ya əy­lən­dir­məz.

Bir çox ailə­lər uşaq­la­rı­na ki­tab oxut­du­ra bil­mə­mək­dən şi­ka­yət­lə­nir­lər. Əli­nə bir ki­tab alıb uzun müd­dət oxu­maq­dan sı­xı­lan uşaq, sa­at­lar­la te­le­vi­zor və ya kom­pü­ter qar­şı­sın­da otur­maq­dan heç şi­ka­yət et­məz. Ana-ata­sı­nı bir də­fə də ol­sa əli­nə ki­tab alıb oxu­yan gör­mə­yən uşaq­lar “te­le­vi­zo­run qa­ba­ğın­dan dur bi­raz da ki­tab oxu!” de­yən sə­sə fi­kir ver­məz. Ailə­lə­rin uşaq­la­rı­nı ən az ciz­gi fil­mi və kom­pü­ter oyun­la­rı qə­dər əy­lən­cə­li olan ki­tab­la­rın dün­ya­sı­na çə­kə bil­mə­si üçün, uşaq erkən yaşlarından ki­tab oxu­ma­ğın fay­da­sı­na inan­ma­lı və eh­ti­yac duy­ma­lı­dır.

 

6 aylıq uşağa kitab oxunarmı?

Son zamanlar uşaqlara ilk 36 ayında kitab oxunmağın vacibliyi xüsusi vurğulanır. Nə üçün bu ilk 36 ay çox vacibdir?! Çünki, insan beyninin ən sürətli inkişaf etdiyi, duyğusal inkişafımızın kodlarının yazıldığı dövr bu ilk üç ildir. Bu dövrdə körpələrə kitab oxumaq eynən yeni əkilən bir fidana can suyu vermək kimidir. Çünki, daha çox dialoq qurulan uşaqların beyni daha sağlam və sürətli inkişaf edir. Kitab məhz bu dialoqun yaranma vasitəçisidir. Aparılan araşdırmalara görə 0-3 yaş arasındakı uşaqlara rəsmli kitab oxumaq təcrübəsini yaşatmaqla bu uşaqların beyin və dil inkişafının sürətləndiyi müəyyən edilmişdir. (Fletçer və Reese, 2005). 0-3 yaş arasındakı dövrdə uşağa kitab oxumaq onun söz bazasını zənginləşdirməklə yanaşı ana və uşaq arasında ünsiyyəti gücləndirir. Xüsusilə üst sosial-iqtisadi və mədəni səviyyəyə aid ailələrdə 1 yaşından əvvəl uşaqlar üçün kitab oxumaq ənənəsi tətbiq edilir. Beləliklə, uşağın kitaba olan marağı danışmağa başlamazdan qabaq başlayır. Çünki məkəbəqədər dövrdə “zəka” demək, “kəlimə xəzinəsi” deməkdir.

Bizə oxumadılar nə oldu, deməyin.

Oxuduğunu anlamayan, özünü ifadə edə bilməyən bir nəsil olduq! Dünyanın inkişaf etmiş ölkələrində aparılan araşdırmalara görə 8-ci sinifdə oxuyan uşaqların 66 faizi oxuduğunu başa düşmür. Bu faiz yetişkin insanlarda 90 faizi də keçir. Yəni uşaqlar anlamır, böyüklər isə heç anlamır! Həkimə getdiyində dərdini izah edə bilməyən birinə qoyulan yanlış diaqnoz, iş yerlərində anlaşılmazlığa görə edilən səhvlər və qəzalar, hətta ailələr arasında şiddətdən sosial mediadakı münaqişələrə qədər həyatımızın hər sahəsində qarşılaşdığımız problemlərin kökündə yatan səbəb məhz budur.

Kitab oxumaq deyirik ancaq əslində kitablar üzərindən, uşaqla “emosional dialoq” qurmaqdan söhbət gedir, uşağın daxil olduğu, yönləndirdiyi bir mütaliə təcrübəsindən.

Uşaq dünyaya gələr-gəlməz çox erkən dövrlərdə duyğu hisslərinin yarandığını araşdıran Professor Barri Zuskermana görə “eşitmə və görmə, ardından 6-cı aydan etibarən danışıq bacarıqları inkişaf edir. Beyin nəyə hazırdırsa inkişaf da o istiqamətdə davam edir. Uşağa altı aylığından etibarən oxumaq çox yaxşı vərdişdir, altıncı aydan etibarən uşaq səsdən təsirlənir, ana ilə arasında duyğu bağları yaranır. Buna görə də erkən mərhələdə kitab oxumaq, ana-atanın səsini tanımaqda körpə üçün çox vacibdir. Uşağa baxaraq emosional bağ yaratmaq uşağın zehni inkişafında böyük əhəmiyyət daşıyır. Professor Barri Zuskermana görə “Kitab uşağın ana-atası ilə bir yerdə zaman keçirməsi üçün vacib elementdir. Kitab dünyəvi bir xəbərdar edicidir və o, ana və uşaq arasında çox əhəmiyyətli bir bağ yaradır. Xüsusilə qarşılıqlı dialoq qurmaqda təsir gücünü artırır, səhifələri çevirmək uşağın kiçik əzələ hərəkətlərinin inkişaf etdirilməsinə kömək edir. Burada əhəmiyyətli olan uşağa kitab oxumaq deyil, qarşılıqlı təsir və paylaşmaqdır. Körpə 2 yaşdan sonra dil inkişafı ilə bərabər ünsiyyətə keçir.

uşağa kitab oxumaq

2-3 yaş arasında isə yuxu öncəsi mütaliə etmək və bunu bir vərdiş halına gətirmək lazımdır.

Uşaq­la­rın oxu­ma­ğı ba­car­ma­dı­ğı dövr­lər­də on­la­ra ki­tab oxu­maq, ki­tab haq­qın­da mü­za­ki­rə apa­ra­raq dü­şün­cə tər­zi­ni for­ma­laş­dır­maq va­cib bir ya­naş­ma­dır. Uşaq­lıq və mək­tə­bə­qə­dər dövr­də ki­tab­la ta­nış olan uşaq­la­rın bu xü­su­siy­yət­lə­ri öy­rən­dik­lə­ri mü­şa­hi­də edil­miş­dir: Uşaq ki­ta­bın ne­cə is­ti­fa­də olu­na­ca­ğı­nı, ya­zı­lı ola­nın an­lam­lı ol­ma­sı­nı, ya­zı və da­nı­şı­ğın əla­qə­li ol­du­ğu­nu, ki­tab di­li­nin da­nı­şıq di­lin­dən fərq­li ol­du­ğu­nu, ki­tab­la­rın əy­lən­cə­li ol­duq­la­rı­nı öy­rə­nir. Ona tə­sir edən rəng­lər, rəsm­lər və rəsm­lə­rin ya­nın­da olan ya­zı­lar, on­da­kı ma­raq his­si­ni oya­da­raq onu bil­mə­yə, öy­rən­mə­yə və oxu­ma­ğa yön­lən­di­rir.

Uşa­ğın mü­ta­liə mə­də­niy­yə­ti­ni öy­rən­mə pro­se­si ar­dı­cıl bir pro­ses­dir. Mər­hə­lə­li bir sı­ra ilə da­vam edən bu pro­se­sin ilk mər­hə­lə­si, “din­lə­mə alış­qan­lı­ğı” ya­rat­maq­dır. Bu alış­qan­lı­ğın ar­dın­dan “oxu­yub-yaz­ma ba­ca­rı­ğı” ya­ra­nır. Bu ba­ca­rı­ğı da “mü­ta­liə alış­qan­lı­ğı ba­ca­rı­ğı”, “dü­şün­cə­li mü­ta­liə ba­ca­rı­ğı” və “uni­ver­sal sa­vad­lı­lıq” iz­lə­yir. Ona nə oxun­du­ğu­nu an­la­ma­sa da va­li­dey­nin ağız hə­rə­kət­lə­ri­nə ba­xa­raq onun hü­zür do­lu sə­si­ni din­lə­yən uşaq­lar er­kən yaş­da din­lə­mə ba­ca­rı­ğı qa­za­nır­lar.

Necə kitablar seçməliyik?

Uşa­ğı­nı­zın vü­cu­du­nu bəs­lə­yə­cək qi­da­lar seç­di­yi­niz ki­mi, ağ­lı­nı, ru­hu­nu, qəl­bi­ni, qa­bi­liy­yət­lə­ri­ni bəs­lə­yə­cək, qi­da­lan­dı­ra­caq ki­tab­lar­da da se­çi­ci ol­ma­lı­sı­nız.

Mə­sə­lən, an­caq “oxu­maq­la” bit­mə­yən, in­sa­ni, duy­ğu­la­rı bəs­lə­yən, özü­nə və in­san­lı­ğa fay­da­lı, tə­fək­kür və dü­şün­cə­ni zən­gin­ləş­di­rən, es­te­tik zöv­qü­, hiss­lə­ri­ for­ma­laş­dı­ran, sə­viy­yə qa­zan­dı­ran mü­ta­liə hər yaş­da müt­ləq­dir.

İstər məktəbdə, istər ailədə mütaliəni təbliğ edərkən uşaqlara deyək: “Kitablar sizi heç vaxt olmadığınız yerlərə apara bilər. Orada yaxşılar və pislər, zalımlar və mərhəmətlilər var. Qəhrəmanların yanında güclü olacaq, haqq və ədalət uğrunda döyüşəcəksiniz. Xəyal­larınıza qovuşacaq, dünyanı addım-addım gəzəcək, sevinəcək, kədərlənəcək, sevəcək, nifrət edəcəksiniz. Bəzən həyatınız kitabdakından solğun görünəcək, bəzən isə yaşıdlarınızın necə faciələrdən keçdiklərini görüb yaşadığınız həyata daha artıq dəyər verəcəksiniz. Burada ən mühüm olan odur ki, yaşamağı öyrənəcəksiniz”.

Müəllif: Səyyarə Məmmədova

Top