Bir ana və atanın uşağına verə biləcəyi ən böyük hədiyyələrdən biri mütaliəyə və kitaba sevgidir. Yaxşı bir kitab qədər heç nə insana zövq verməz, həyəcanlandırmaz, ilham verməz, təşviq etməz, sehirləməz və ya əyləndirməz.
Bir çox ailələr uşaqlarına kitab oxutdura bilməməkdən şikayətlənirlər. Əlinə bir kitab alıb uzun müddət oxumaqdan sıxılan uşaq, saatlarla televizor və ya kompüter qarşısında oturmaqdan heç şikayət etməz. Ana-atasını bir dəfə də olsa əlinə kitab alıb oxuyan görməyən uşaqlar “televizorun qabağından dur biraz da kitab oxu!” deyən səsə fikir verməz. Ailələrin uşaqlarını ən az cizgi filmi və kompüter oyunları qədər əyləncəli olan kitabların dünyasına çəkə bilməsi üçün, uşaq erkən yaşlarından kitab oxumağın faydasına inanmalı və ehtiyac duymalıdır.
Dünyanın ən gənc milyarderlərindən və “Facebook”un yaradıcısı olaraq tanınan Mark Zukerbergin də kitablarla arası yaxşıdır. Uğurlu CEO-nun tövsiyə etdiyi 5 kitab bunlardır.
1) Homo Sapiens – Heyvanlardan Tanrılara (Yuval Noah Harari)Bu kitab adından da göründüyü kimi insanlıq tarixinin necə bu günə qədər gəlib çıxmasından bəhs edir. Zukerberg, “Sapiensi oxuduğum zaman, insan keçmişi ilə əlaqəli məlumatlar əldə etdim” dedi və Facebook səhifəsində paylaşdı: “Sapiensin yazarı Harari, genetika mühəndisliyinin və süni zəkanın “insan” anlayışını daha axıcı hala gətirir”.
1. “Dövlət”, (B.E.Ə. 380) Platon
Bəzi kitablar Eynşteynin düşüncəsinə və nəzəriyyələrinə həlledici təsir göstərib. Albert Eynşteynin böyük kitabxanası vardı və o, coşğun kitab oxucusu idi. Görkəmli fizikin özü etiraf edib ki, bəzi kitablar onun düşüncələrinə ciddi təsir göstəriblər. O, bir qayda olaraq fəlsəfə və elm kitablarını üstün tutardı. Buna görə də bir çoxları tərəfindən tarixin ən parlaq zəkalarından biri hesab olunan Albert Eynşteyn təsadüfən ortaya çıxmamışdı. Elm adamı tarixin böyük mütəfəkkirlərindən çox şey öyrənib, bu, onun həvəsli bir oxucu kimi böyük iştahasında və geniş kitab kolleksiyasında öz əksini tapıb.
Ölümsüz əsərini yaşlı bir insana həsr etdiyinə görə uşaqlardan üzr istəyən Antuan de Sent-Ekzüperi (Antine de Sent-Exupery) əlavə edir: “Bütün böyüklər də əvvəl uşaq olublar, ancaq onların çox azı bunu xatırlayır”. Xatırlamaq istəyən, uşaqlığının saf və bir az da hər şeyə maraq dolu baxan baxışına təzədən yiyələnmək istəyən böyüklərə, demək olar ki, dərs verən “Balaca şahzadə”dən məsləhətlər:
Yalnız müharibənin vurduğu ziyanları axıra qədər yaxşı bilən adam onu xeyir gətirəcək üsulla apara bilər.