Qalın kitablar oxumağa vaxtınız ya da səbriniz yoxdursa, bu o demək deyil ki, kitablardan uzaqlaşmalısınız. Ədəbiyyatda oxumaq üçün çox vaxt tələb etməyən maraqlı əsərlər də var.
1. Virciniya Vulf — “Sehirli ev”
Təxminən 700 sözdən ibarət bu əsər V. Vulfun modernist üslubun təzahürüdür. Yazıçının digər əsərlərindən fərqli olaraq, bu əsər onun sonsuz fantaziyasının məhsuludur. “Sehrli ev” iki ruhun bir evdə gizlədilmiş xəzinə axtarışından bəhs edir. Sevginin gücü sehrli mövzusu və yazı üslubu olan hekayənin ana xəttini təşkil edir.
2. Corc Oruel — “Filin güllələnməsi”
Bu əsərdə fili öldürmək üçün çağırılan bir polis işçisindən bəhs olunur. Yazıçı zabitin əzəmətli varlığın əzablı ölümünə baxan zaman necə əziyyət çəkdiyini təsvir etməklə imperializmin əsl simasını göstərir.
3. Rey Bredberi — “İldırımın səsi”
Rey Bredberi 11 roman, 400-dən çox qısa hekayənin müəllifidir. Onun “İldırımın səsi” əsəri elmi-fantastik janrda indiyə qədər ən çox nəşr edilmiş və “kəpənək effekti” adlanan elmi fantastik mövzuda yazılmış ilk əsər sayılır.
4. Oskar Uayld — “Bülbül və qızılgül”
Oskar Uayld «Bülbül və qızılgül»də sevgi və fədakarlıq mövzusuna daha ciddi yanaşaraq nağılvari üslub seçib. Özünü sevgi uğrunda qurban verməyə hazır olan bülbül nağıllarda rast gəlinən bir xarakter olsa da, sevgililər tamamilə gözlənilməz yollara addım atır.
5. Vladimir Nobokov — “Simvollar və nişanlar”
Nobokov bu hekayəni 1948-ci ildə, “Lolita” əsəri çap olunmamışdan yeddi il qabaq qələmə alıb. Bu hekayədə ad günündə ruhi xəstə oğullarını ziyarət etməyə hazırlaşan yaşlı valideynlərdən bəhs edilir.
6. Frensis Skott Fitscerald — “Ritz böyüklüyündə brilyant”
”Böyük Qetsbi” romanı ilə tanınan Fitscerald bu hekayəsi ilə yenidən varlıların həyatına səyahət edərək onları kəskin tənqid edib.
7. Lev Tolstoy — “Üç sual”
Uzun romanlara fasilə verən Tolstoy doğru zamanda doğru hərəkət etməyin yollarını axtaran kral barədə qısa hekayə yazır. Görəsən, böyük yazıçı bu sualına cavab tapa biləcəkmi?
8. Qabriel Qarsia Markes — “Nəhəng qanadları olan qoca kişi”
Markesin sehirli realizm üslubunun meyvəsi olan “Nəhəng qanadları olan qoca kişi”də həyətlərindən mələk tapan cütlükdən bəhs olunur. Tezliklə, bütün şəhərə mələyin gələcək taleyi və onun niyə uça bilməməsi ilə bağlı müxtəlif fikirlər yayılır.
9. Ernest Heminquey — “Kilimancaro qarları”
Kitabsa Hari adlı yazıçının xanımı ilə Afrikada səyahətdə olan zaman qanqrenadan ölməsindən bəhs edir. Heminqueyin “itirilmiş nəsli”nin nümayəndəsi olan Hari sevgisiz və xoş güzəran xatirinə ailə qurduqdan sonra bütün həyatı və istedadı məhv olur.
10. Ceyms Coys — “Evelin”
İngilis ədəbiyyatının ən uzun əsərlərdən olan “Uliss” romanının müəllifi C.Coys eyni zamanda İrlandiya xalqının həyatından bəhs edən çoxlu hekayələr də yazıb. Bu əsər isə ailəsinə olan borcu və sevgilisi ilə xaricdə daha yaxşı yaşamaq imkanı arasında seçim etməli olan gənc qızın taleyi haqqındadır.