Kitab var bir stəkan su kimidir. Onu bir dəfəyə içirsən və qısa müddətə susuzluğunu yatırır. Bir az keçir və yenə susuzluq hiss edirsən. Kitab var ki, o okean kimidir. İlkin tanışlığında sadəcə uzaqdan gələn sərinlik duyursan, bir az da irəliləyirsən və artıq ayaqların suya toxunur. Daha da irəli və artıq bütünlüklə suda olmağın dadını yaşayırsan. Barəsində danışmaq istədiyim kitablar məhz oxucu üçün belə bir okeana çevrilə biləcək kitablardır. Onlar nəinki insanın susuzluğunu yatırır həm də onun özünü bu suyun mənbəyinə çevirir.
Bu kitabların müəllifi rusiyalı yazıçı Anastasiya Novıxdır. Müəllif haqqında məlumat olduqca azdır və elə ancaq kitabları oxuduqca öz bioqrafıyası ilə tanış olmaq mümkündür. Kim ki, bu kitablarla tanış olur onların elə ilk olaraq duyduqları böyük bir doğmalıqdır. Belə bir hiss yaranır ki, bu mənim həmişə axtardığım, gözlədiyim, istədiyim imiş. Hər bir oxucu bu kitablarda İlahi bir müdrikliklə qarşılaşır. Hansı ki, ilk öncə ona həqiqi özünü tanımağa yol açır. O özünü və ətraf dünyanı öyrənmək üçün olduqca sadə və işlək açarlar tapır. Öz həyatının mənası, dünyaya nə üçün gəlməyi, bütün bunların nə üçün mövcud olmağı ilə bağlı suallarına müfəssəl cavablar alır. Kitabların müdrikliyi ona yol açır ki, kitablarda verilən böyük həcmdə informasiyanı insan olduqca dərin bir səviyyədə qavraya, düşünə bilsin və müstəqil şəkildə araşdırmaq və öyrənmək üçün müxtəlif istiqamətlər versin. Ona görə bu kitabları dəfələrlə oxuyur və hər dəfə də yeni-yeni şeylər anlayır. Oxucu ilə görünməyən səviyyədə bir ünsiyyət qurulur hansı ki, oxucu qəlbən açıq olduqca kitab da ona özünü açır.
“...Məsələ heç də sadəcə “oxunmalı” kitablarda yox onlarda verilən Bilikləri dərk etmək və praktikada tətbiq etməkdədir. Kitab — Bilikləri ötürmək vasitəsidir. “Sahiblənmək” və ya “öz ağlın nəticəsi” mənasında yox, əsrlərdən axıb gələn səmavi Müdriklik mənasında olan Biliklər. O Müdriklik ki, Hər şeyi Yaradanın Özündən aydınlığın gəldiyi, həmən yüksək ruh halına çıxış üçün Açıq Qapı kimidir. O Müdriklik ki, onun bələdçiləri olduğu insanlar haqqında yaddaş, əsrlərin tozunda itib-batsa da həmişə olub, var və olacaqdır.
Məhz bu Müdriklik həqiqi toxum kimi insanda təmiz cücərti verir, ona öz ağlını qorxuların taxçasından, zülmətin dar qollarından azad etməyə, maddi düşüncənin ağırlığını dəf etməyə kömək edir, Həqiqəti dərk etmənin nəhayətsiz tərəflərini açır. O ona öz eqoizmi üzərində yüksəlməyə, maddi gözlüklərdən, önyarğılardan azad ruhani yüksəkliyin mövqeyindən baxmağa kömək edir. Müdriklik insana səmimlik və məqsədyönlük bəxş edir, anlamını zənginləşdirir, həyatın ruhani keyfiyyətinə görə məsuliyyətini artırır. Ruh adamı üçün bu əbədi Müdriklik, xeyrin toxumundan cücərmiş yetişkən sünbülə lazım olan həyatverici su kimidir. O insani problemlərin köklərini dərk etməyə, ruhani həyati mühiti yaxşılaşdırmağa imkan verir. O insan və dünyanın çox mürəkkəb reallığını anlamaq üçün əsas açarlar verir, insana amansız maddi Heyvani şüur dünyasında Ruhani cəmiyyət qurmaq üçün nadir imkanlar verən mənbə rolunu oynayır. Əbədi Müdriklik insana özünü ruhani cəhətdən dəyişməyə, keçmiş və gələcək hadisələrin gizlin mahiyyətini bilməyə imkan verir. Bu Müdriklik Onun yaratdığı həmin o yaradıcı başlanğıcıdır ki, Onu qəbul edən hər kəsə Ozünün Əbədiyyətinə yol açır.”
Anastasiya Novıx AllatRa.
Kitablar rus dilində yazılmışdır. Kimlər ki, onları oxumaqla ilhamlanır, özləri könüllü şəkildə müxtəlif dillərə tərcümələr etməyə çalışırlar. Təəssüf ki, bu kitabların hazırda azərbaycan dilində tərcüməsi yoxdur. Kitablarla maraqlanmaq və oxumaq istəyən kəslər üçün link əlavə edirəm.
https://allatra.tv/category/knigi-anastasii-novykh
https://books.allatra.org/