Bir həftəyə bir kitab

Bir həftəyə bir kitab

Bu sizin düşündüyünüzdən daha asandır və aşağıda təklif edilən üsuldan istənilən məqsədin əldə edilməsi və istənilən materialın mənimsənilməsi üçün istifadə etmək mümkündür. Pianinoda ifa etməyi öyrənmək, yeni əcnəbi dil əldə etmək və s. bu kimi məşğuliyyətlər belə bu üsula şamil edilir.

İlk olaraq oxuma planı yaradın
Birlikdə işləyəcəyiniz kitabları təyin edin. Bu məqsədlərinizi izləməyə imkan verəcək. Belə ki, bizlərdən bir çoxumuzun xyali tərtib etdiyimiz oxunacaq kitabların siyahısı çox tez bir zamanda qumdan hazırlanmış qala kimi uçub dağılır.

Kitabla bağlı düzgün seçim edin
Kitab seçimi edərkən onun məhz olaraq özünüz üçün maraqlı olmasına diqqət yetirin. Bu zaman “50 səhifə qaydası”-nı yada salın. Bu qaydaya əsasən, kitab ilk səhifələrdən diqqətinizi cəlb etməyibsə onu oxumağa davam etməyə dəyməz. Çünki çətin ki, növbəti səhifələr diqqqətinizi çəkə bilsin.

Kiçik addımlara bölün
Qalın bir kitabı 1 həftə ərzində oxumaq tapşırığı ilk baxışdan sizi qorxuda bilər. Kitabın ümumi səhifələrinin sayını 6-ya bölün, 1 günü isə beyin üçün istirahətə ayırın. Beləliklə, 300 səhifəlik kitabın öhdəsindən 1 həftəyə gəlmək üçün sizə bir günə 50 səhifə oxumaq lazım gələcək. Bu da ilk baxışda olduğu kimi elə də qorxulu və çətin deyil.

Xüsusi vaxt
İlk başlayanlar üçün ortaq maneə – daimi zaman azlığıdır. Buna görə də, gündəlik cədvəlinizdə məhz olaraq kitabın oxunması üçün müəyyən zaman ayırın.

Sıx qrafik
Təbii ki, heç də bütün kitablar 300 səhifədən ibarət deyil və bir həftəyə öhdəsindən gəlməyin çox çətin olduğu qalın kitablar da mövcuddur. Bu halda qrafikdən geri qalmağı daha nazik 1 və yaxud bir neçə az səhifəli kitabla kompensasiya edin.

Mümkün olan hər boş zamanınızda oxuyun
İstənilən an bir neçə səhifə oxumağa hazır olun. İnformasiyanı böyük ölçülərdə qəbul etməyə can atmayın.

Yalnızca özünüzə maraqlı olanı oxuyun
Sevdiyiniz işlə məşğul olduqda və sizə maraqlı olan mövzu haqqında yeni informasiya əldə etdikdə oxuma prosesi çox asan və hiss edilmədən həyata keçir. Əsas sirr də məhz bundan ibarətdir.
Top