Dahi insanın yolu üzərində ən əhəmiyyətli maneə yersiz qorxu və inamsızlıqdır. Cavabı bilən, lakin onu dilə gətirməkdən qorxan şagirdləri görmək çox acınacaqlıdır. Real həyatda adətən ağıllılar deyil, cəsarətlilər uğur qazanır.
Problemin məndə olduğunu düşünürsənsə məni dəyişməli olacaqsan. Problemin səndə olduğunu dərk etsən, özün dəyişə, nələrsə öyrənə və müdrik ola bilərsən. İnsanların əksəriyyəti bircə onların özlərinin yox, dünyada olan digər hər şeyin dəyişəcəyini gözləyər.
Dinləməyi bacarmaq danışmağı bacarmaqdan daha vacibdir. Əgər bu belə olmasaydı Allah bizə 2 qulaq və 1 ağız verməzdi.
İnsanlar təhlil etmək əvəzinə, tənqid edər.
Gələcəyiniz sabah nə edəcəyinizdən deyil, bu gün nə etdiyinizdən yaranır.
Pullar – gücün təcəssümlərindən biridir. Lakin maliyyə təhsili daha böyük gücə malikdir. Pullar gələr və gedər, pulların necə işlədiyindən xəbərdar olsanız, onları idarə edə və varlı ola bilərsiniz.
Ərincəkliyin ən geniş yayılmış formalarından biri – gərgin məşğulluğun arxasında gizlənmiş tənbəllikdir.
Həyat çox vaxt səninlə danışmır. Həyat məktəbi – bir növ hər tərəfdən hiss etdiyin təkanlardır.
Hər təkan – həyatın bir sözüdür: “Oyan. Sənə nələrisə öyrətmək istəyirəm”.
İnsanların mənə təbəssüm etmədiyini gördükdə sadəcə olaraq gülümsəyirəm və onlara “Salam” deyirəm və sanki möcüzəymiş kimi ətrafımda təbəssüm edən daha çox insan peyda olur. Belə çıxır ki, dünya güzgü kimi sizi əks etdirir.
Sahib olduğumuz ən güclü aktiv ağlımızdır. Yaxşı inkişaf etmiş ağıl demək olar ki, ani olaraq böyük sərvət yarada bilər.
Qaliblər məğlubiyyətdən qorxmur. Uğursuzluq – uğura nail olmaq prosesinin ayrılmaz hissəsidir. Uğursuzluqdan qaçan insanlar uğurdan da qaçar.
Bir çoxumuz “İnsan nə yeyirsə odur” ifadəsini eşidib. Mən bu ifadəni bir qədər dəyişirəm. Mən deyirəm: “Nəyi öyrənirsinizsə, ona da çevrilirsiniz”.
Böyük imkanlar göz ilə deyil, ağıl ilə görülər.
Nə qədər pul qaza bildiyiniz deyil, nə qədərini qoruyub saxlaya bilməyiniz vacibdir.
Öz emosiyalarınızdan düşünmək üçün istifadə etməyi öyrənin. Əksini, yəni emosiyalar üzərində düşünməyi yox.