1985-ci ildə dərc olunmuş «Qaynadılmış Möcüzələr Diyarı və Dünyanın Sonu» romanı, yazıçının «Siçovul Trillogiyası»-dan sonra ədəbiyyat dünyasında haqqında danışılmasına və tanınmasına səbəb olan əsas amillərdəndir. İki fərqli süjet xətti ilə inkişaf edən hadisələr boyunca, yazıçı həm fantastik, həm elmi, həm nağılvari, həm fəlsəfi bir macəra təqdim edir oxucusuna.
Dörd tərəfi sarsılmaz qala divarları ilə əhatəli, təkbuynuzlu atların olduğu bir diyarda, kölgəsi kəsilib alınmış, keçmişi ilə bağlı heçnə xatırlamayan, kəllə sümüklərindən qədim yuxuları oxuyan və hekayənin digər tərəfində dünyanın sonunacan sadəcə bir neçə saatı qalmış baş obraz.
Azərbaycan dilinə hələki tərcümə edilməsə də, oxuyub həzz aldığım və Murakamini daha da çox sevməyimə səbəb olan bu kitabdan bəzi yaddaqalan cümlələri paylaşmaq niyyətindəyəm:
Dərin acılar göz yaşı şəklinə belə çevrilməz.
Əslində, ölümün özündən çox da qorxmurdum, Şekspirin də vaxtilə dediyi kimi, bu il ölsəz, gələn il ölməyəcəksiz. Düşüncə şəklinə görə, həqiqətən də çox sadə bir fikir.
Yorğunluğunun qəlbinə girməyinə izin vermə. Yorğunluq insanın vücuduna hökm edə bilər, amma qəlbin qoy mənimçün qalsın.
Nələr nələr itirdim görəsən? Saçlarımı oynadaraq fikirləşdim. Bəli, həqiqətən də çox şey itirmişdim. Detalları ilə yazsam əgər, qalın bir dəftəri doldurar yəqin. İtirdiyim vaxt çox da vacib şey deyil kimi vec verməyib, sonradan acısını çox çəkdiyim hadisələr də oldu, bunun əksi hadisələr də oldu. Zənnimcə, bir çox insanı, bir çox şeyi və duyğuları itirmişdim bu günə qədər. Mənim varlığımın simvolu olan paltonun cibində xəyali bir deşik açılıb, heç bir iynə və sap o deşiyi tikməyi bacarmaz. Bu barədə, kimsə pəncərədən başını uzadıb mənə «Həyatın böyük bir sıfırdı» deyərək bağırsa, etiraz etmək, qarşı çıxmaq üçün bir dayağım yoxdu həyatımda.
Fəqət, bir dəfə də həyatımı başdan yaşamaq şansım olsaydı da, yenə də eyni tərz həyat yaşayacam hissi var idi içimdə. Səbəbini soruşsaz, o hər şeyi itirməkdən ibarət olan yaşam, mənim özümdən başqası deyil. Mənim özüm olmaqdan başqa çarəm yoxdu. İnsanlar məni nə qədər atıb getsələr də, mən özüm insanları nə qədər atıb getsəm də, bir çox gözəl duyğular və mükəmməl röyalar yox olub getsə də, mən özümdən başqa bir kimsə ola bilmərəm.
Dərin acılar göz yaşı şəklinə belə çevrilməz.
Viski deyilən şeyə, əvvəlcə gözəlcə tamaşa etməlisən. haçan ki bezsən, o vaxt içərsən. Gözəl qadınlar üçün də eyni qaydadır.
Yaşam döngüsü həmişə eynidir. Qurulması üçün illər xərclənmiş şeylərin dağıdılması üçün bir neçə saniyə bəs olur.
Ümidlər xəyal qırıqlığını yanında gətirər.
Dünyanın sonu insan ürəyinin içində gəlir.
Təkamül belədi. Təkamülün özündə acı və yalnızlıq vardır, şən və xoş bir təkamül ehtimalı yoxdur.
Əslində dürüst insanam. Başa düşdüyüm vaxt başa düşdüm, başa düşmədiyim vaxt başa düşmədim deyirəm. İkimənalı cümlə istifadə etmirəm. Problemlərin çoxunun elə bu ikimənalı ifadələrə görə yaşandığına inanıram. İnsanların belə ifadələri istifadə etmələri məncə fərqində olmadan, şüursuzca problem çıxmağını arzulamaqlarına görədir.
Əslində hər an yıxılıb özümdən gedəcək vəziyyətdə idim, amma bu zaman günün axırındaki sadə ritualım da edilməmiş olacaqdı. Mən, çarpayıya uzandığım dəqiqədən yatana qədərki vaxtı hər şeydən daha çox sevirəm. İçkim də yanımda uzanaraq, bir qıraqdan musiqiyə qulaq asıb, kitab oxuyuram. Necə ki insanın günəşin batışından ya da təmiz hava udmaqdan xoşu gəlirsə bu dəqiqələr də mənimçün elə.
Amma heç olmazsa öləndən sonra məni tək buraxmaqlarını istəyirdim. Misir fironlarının öləndən sonra niyə piramidalarının içində tək qalmaq istədiklərini vaxt keçdikcə başa düşməyə başlayırdım.
— Məncə ürək deyə adlandırdığın şey çox qüsuru olan bir şeydi zənnimcə
— Məncə də elədi. Çox qüsuru var. Amma iz qoyur. O izləri təqib edə bilirsən sonra. Qar üstündəki ayaq izləri kimi.
— İzlər harasa çatır bəs?
— Özümüzə. Bax ürək belə bir şeydi. O olmazsa heç bir yerə çata bilməzsən.
Seçim belə bir şeydir. Ehtimalın bir faiz olsa belə çox olan tərəfini seçməlisən. Eyni şahmat kimi. "Şah" deyiləndə qaçmalısan. Qaçan vaxt qarşındaki səhv edə bilər, nə qədər güclü olsa da səhv etməyəcək demək deyil.
Elnur Maşızadə (Don Elnur)