Başqalarına arzu təlqin etmək, təxəyyülünü oyatmaq — bunları həyata keçirmək indi mənim növbəmdir. Məndən tələb olunan, bax, budur. Bəlkə də, bu arzu və fantaziyaların enerjiyə ehtiyacı olacaq. Ola bilsin. Ancaq hər halda, varlığım bir məna kəsb edirsə, gücüm çatana qədər bu işi davam etdirməliyəm.
— Mənə yenə əzab verə bilərsən. Bilmirəm, gələn dəfə necə reaksiya verəcəm. Hərçənd, gələn dəfə əzab verən tərəf mən də ola bilərəm. Söz verə bilmərik. Nə sən, nə mən. Ancaq mən hələ də səni sevirəm. Bu qədər. Onu özümə sıxdım, saçlarını sığalladım.
— Yukiko, gəl sabah hər şeyi əvvəldən başlayaq. Öhdəsindən gələrik. İndi artıq gecdir. Səhər yeni gündür. Onda da başlayarıq. Yukiko diqqətlə mənə baxdı və dedi:
— Sən hələ də heç nə soruşmursan.
— Sabah yeni həyata başlayıram. Nə deyirsən?
— Məncə, bu yaxşı fikirdir.
— Üzü güldü.
Baş verənlərin real olduğunu təsdiqləyən reallıq var. İş orasındadır ki, yaddaşımız və hisslər qeyri-mükəmməl və birtərəflidir. Real hesab etdiyimiz şey nə dərəcədə realdır? «Real hesab etdiyimiz reallıq» hardan başlayır? Əksər hallarda bu sərhədi müəyyənləşdirmək mümkün deyil. Bizim reallığı əsl reallıq kimi təqdim etmək üçün əsl reallıqla birləşən sərhəd reallıq lazımdır. Lakin sərhəd reallığa da əsl reallıqla qarşılıqlı əlaqədə olan əsas lazımdır, məhz bu reallığın reallıq olduğunu sübut edən daha bir reallıq. Şüurumuzda bu cür sonsuz zəncir formalaşır və mübəliğəsiz, müəyyən mənada onun sayəsində insan mövcud olur. Ancaq elə də olur ki, bu zəncir bir yerindən qırılır və həmin an insan əsl reallığın harda olduğunu artıq dərk etmir. Əsl reallıq hansıdır? Qırıq zəncirin o biri tərəfinə düşən, yoxsa bu biri tərəfində qalan?
Həyat sadə bir şey deyil və heç nə belə sadə olmamalıdır.
— Bəli, altı ay uzun müddətdir. Əvəzində indi, bəlkə də, bir müddət bura gələ biləcəm.
— Sehrli sözlər.
— Sehrli sözlər?
— Bəlkə də, bir müddət...
— Sənin haqda heç nə bilmirəm. Gözlərinə baxıram və elə hey düşünürəm: «Tamamilə heç nə». Bircə on iki yaşın olan dövr haqqında bir balaca məlumatım var. Qonşuluqda qalırdın, bir sinifdə oxuyurduq...
Bəs bu nə vaxt olub? İyirmi beş il əvvəl. Hamı tvist oynayırdı, tramvaylarda gəzirdi. Nə səs drayverləri var idi, nə qadınlar üçün bez, nə «sinkansen», nə də pəhriz qidaları. Bir sözlə, çoxdan. Sənin haqda bildiklərim elə bundan ibarətdir. Qalan hamısı zülmətə bürünmüş sirdir.
— Gözlərimdə yazılıb? Sirri deyirəm.
— Gözlərində heç nə yazılmayıb. Mənim gözlərimdə yazılıb, səninkilərdə əks olunur. Narahat olma.
Ağlaya bilsəydim, bəlkə də belə ağır olmazdı. Amma nəyə görə ağlayım? Kimə görə ağlayım? Xeyir ola, başqalarına görə ağlayım? Bunun üçün çox eqoistəm. Bəs özümə görə? Bu yaşda gülməlidir.
— O yaşda oğlanlar kimin xoşuna gələ bilər ki? Başa düşürsən, nəyi deyirəm? Hamısı qaba, eqoist olur və yalnız qızların ətəklərinin altına soxulmaq barədə düşünürlər. Bundan dərhal pis olurdum. İstəyirdim ki, hər şey sənlə mənim münasibətim kimi olsun.
— Bilirsən, on altı yaşda mən də yəqin eyni belə olmuşam: qızların ətəklərinin altına soxulmaq istəyən qayğısız eqoist.
— Yaxşı ki, o vaxtlar görüşməmişik. On iki yaşımız olanda ayrı düşmüşük, otuz yeddi yaşımızda yenidən görüşmüşük…
Bəlkə, bu, ən yaxşı variantdır?
— Bilmirəm...
— Bəs indi necə? Ətəkdən savayı başqa şeylər haqda düşünə bilirsən?
— Ümümiyyətlə, bilirəm. Lakin bu səni belə narahat edirsə, gələn dəfə, bəlkə, şalvarda gələsən?
— Maddi olan hər şeyin sonu var. Amma bəzi düşüncə və duyğular bizimlə əbədi qalır.
— Hadzime, bəs sənə elə gəlmirmi ki, bizimlə qalan bu fikirlərdən bəzən bilmirsən, başını alıb hara gedəsən?
Güllər əkdim, fontanlar inşa etdim. Hər şeyi yüksək səviyyədə düzəltdim. Lap əsl həyatda olduğu kimi. İnsanlar bura gəlir, içir, musiqiyə qulaq asır, danışır, sonra da çıxıb gedirlər. Niyə onlar hər axşam burda yığışırlar? Otururlar, içirlər, bu qədər xərcləyirlər? Səncə niyə? Çünki hər birinə — birinə çox, digərinə az — uydurulmuş, qeyri-real kiçik bir dünya lazımdır. Onlar havada süzən gözəl qəsrə baxmaq, orda özlərinə bir guşə tapmaq üçün gəlirlər.
Ümumiyyətlə geyimə qarşı laqeydəm. Özüm üçün çıxardığım bir qayda var: paş-paltara lazımından daha çox xərcləmək axmaqlıdır. Adətən cins və sviterlər kifayət edir. Lakin biznesdə kiçik fəlsəfi fikrim var: məkanı idarə edən şəxs həmin məkanın müştərilərini hansı qiyafədə görmək istəyirsə, elə də geyinməlidir.
— … Bu səhra həyatına oxşayır, yalnız öyrəşmək lazımdır. Aşağı siniflərdə sizə Disneyin «Canlı səhra» filmini göstərmişdilər?
— Və?
— Bizdə də hər şey o filmdəki kimidir. Yağış yağır çiçəklər açır, yağmır çiçəklər solur. Kərtənkələlər böcəkləri, müxtəlif hünüləri yeyir, özləri isə quşlara yem olurlar. Sonluq isə hər kəsdə eynidir — hamı ölür, təkcə örtük qalır. Bir nəsil yox olur, yerinə başqası gəlir. Qayda belədir. Hamı müxtəlif cür yaşayır və müxtəlif cür də ölür. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Bizdən sonra yalnız səhra qalır. Səhra və daha heç nə.
Ayoma-dori işıqforunda dayandım, «BMW»nin sükanı arxasında Şubertin «Qış yolu»na qulaq asa-asa birdən fikirləşdim: «Axı mən başqasının həyatını yaşayıram. Sanki kimsə hər şeyi mənim üçün hazırlayıb, həyatın özünü hazırlayıb. Mənim özümdən çox şeymi qalıb? Mənim mən olduğum, sonra başqasına çevrildiyim sərhəd hardadır? Əllərim sükandadır…
Neçə faiz bu mənim əllərimdir? Və məni əhatə edən şeylər… nə qədər realdır?» Bu haqda daha çox düşündükcə, nəyin necə olduğunu daha az anlayırdım.
Dekorasiya dəyişikliyi kifayətdir ki, hər şey — zamanın gedişatı, emosiya axını dərhal dəyişsin.
Onda heç nə başa düşmürdüm. Bundan xəbərsiz idim: insanı elə yaralamaq olar ki, bu hadisədən sonra heç nəyi geri qaytarmaq, heç nəyi düzəltmək daha mümkün olmaz. Bəzən bunun üçün təkcə sənin varlığın belə kifayətdir.
Ayağım yerdən kəsilmişdi: o mənim əlimdən tutmuşdu! Onun zərif təması hələ bir neçə gün qəlbimi isindirdi. Və eyni zamanda, məni çaşbaş saldı, belə bir sualla fikrimi alt-üst etdi: indi mən bu istiliklə nə edəcəm?
Haruki Murakami
kkoworld.com