E-kitab nədir və necə istifadə olunur?

E-kitab nədir və necə istifadə olunur?

E-kitab, yazı, şəkillər vəya hər ikisindən ibarət olub rəqəmsal mühitdə yayımlanan bilgisayar vəya elektron cihazlar vasitəsi ilə oxunan kitablardır.
 
Ümumiyyətlə İpad, android planşet, ağıllı telefonlar, kitab oxuyucu cihazlar və bilgisayarlarda oxuna bilən hər növ fayla e-kitab demək olar. Elektron kitabın ən böyük ütünlüyü yüzlərlə kitabı üzünüzlə hər yerə apara bilərsiniz. İstər əlavə bir cihaz istifadə etmədən telefon vəya planşetinizlə, istərsədə çantanızda kiçik bir yer tutacaq xüsusi e-kitab oxuyucu cihazlar ilə 32 GB-lıq bir yaddaş ilə təxminən 10.000-15.000 kitabı özünüzlə hər yerə apara bilərsiniz.
Həqiqi kitaba ən yaxın e-kitab oxuma növü sırf e-kitab oxuma məqsədi ilə istehsal olunmuş və arxa fonunda işıq qaynağı olmayan, bu səbəbdən də gözləri normal kitab oxumaqdan daha çox yormayan e-kitab oxuyucu cihazlardır. Əgər bir e-kitab oxuyucunuz yoxdursa planşet və ağıllı telefonlarınızda da kitab oxuya bilərsiniz.

Epub kindle kimi həqiqi ekitab məqsədli düzəldilmiş fayl tiplərinin bütün cihazlarda oxunması çox asandır. Bu növ fayllar kitab səhifələrini sizin seçəcəyiniz yazı ölçüsünə görə avtomatik sazlayır. 300 səhifəlik bir kitabı e-kitab oxuyucu bir cihazda ya da İOS əməliyyat sistemi ilə işləyən İBooks və ya Android üzərində işləyən Google Books proqramları ilə açdığınızda seçəcəyimiz yazı ölçüsünə görə kitab 600 səhifə ola bilər. Bu isə ekranınızda yazı ölçüsünü istədiyiniz böyüklüyə gətirib aşağı-yuxarı, saöa-sola sürüşdürmədən rahat oxuyabiləcəyiniz mənasına gəlir. Səhifə dəyişdirmək işini isə ekranın sağ vəya soluna vuraraq vəya səs düynəsindən istifadə edərək dəyişdirmək mümkündür. Əlavə olaraq ekran işığını və rəngini istədiyiniz kimi dəyişdirərək gözünüzün yorulmasına mane ola bilərsiniz. 

PDF və word fayl formatındakı e-kitablar səhifə bloklarından təşkil olunduğu üçün bilgisayar və böyük elranlı planşetlərdə rahat oxunsalar da, kiçik ekranlı mobil cihazlarda və e-kitab oxuyucularında tam səhifə görüntüsündə yazılar oxunmayacaq qədər kiçik görünəcək. Yazıları oxuya biləcəyiniz ölçüyə qədər böyütsəniz bu dəfə bütün səhifəni hətta bir sətri tam görə bilməyəcəksiniz. Hər sətri oxuduqda səhifəni sağa sola doğru sürüşdürmək məcburiyyətində qalacaqsınız. Aşağı doğru oxuduqca səhifəni aşağı sürüçdürəcək, səhifədəki şəkilləri görə bilmək üçün ya səhifəni kiçildəcək ya da cihazı yan döndərəcəksiniz. Bundan başqa ekran parlaqlığını sazlaya bilmədiyinizə görə qazanlıqda kitab oxuduqda gözləriniz çox yorulacaq.

Elektron kitab formatları
E-kitab texnologiyası inkişaf etməkdə olduğu üçün hələ ki standar bir fayl tipi yoxdur. PDF formatındakı e-kitabıar istifadə asanlığı uyğunluğu və çox məşhurluğu ilə önə çıxır. Buna baxmayaraq EPUB formatı açıq qaynaqlı olma xüsusiyyətinə görə 2011-ci ildən populyarlığı sürətlə artmışdır.
 
ArghosReader                           .aeh
DjVu                                           .djvu
EPUB (IDPF)                              .epube
Reader                                      .pdb
FictionBook                               .fb2
HTML                                         .html
Kindle                                        .azw
Microsoft Reader                       .lit
Mobipocket                                .prc, .mobi
Multimedia EBook                      .exe
Plain text                                    .txt
Plucker                                      .pdb
Portable Document Format       .pdf
PostScript                                  .ps
Repligo                                      .rgo
TealDoc                                     .pdb
Tome Raider                             .tr2, .tr3
E-kitab hansı cihazlarla uyğundur və oxuna bilər.
E-kitabların məşhurlaşması ilə birlikdə demək olar ki bütün ekranı olan elektron cihazlarda kitab oxumaq mümkün hala gəlib.
E-kitab oxuyucu cihazlar (Iriver eBook Reader, Oblio E-Book Plus, Kindle, ReederLITE, reedPAD2)
  • Windows, Mac ve Linux əməliyyat sistemli bilgisayarlar
  • Iphone və Ipad-lər
  • Blackberry-lər
  • Windows və Android Əməliyyat Sistemli planşetlər
  • Windows, Bada və Android Əməliyyat Sistemli Ağıllı cib telefonları
  • Nintendo DS oyun konsolları
  • PSP oyun konsolları
  • Naviqasiya cihazları
  • Bəzi daşınabilən musiqi oxuyucular
  •  
Elektron kitabların üstünlükləri
  • Multimediya dəstəyi: E-kitablar yazıdan əlavə olaraq şəkil, səs və video daşımaları sayəsində sadəcə yazı oxumağı sevməyən oxuyucuların diqqətini cəlb edir. Əlavə olaraq flash dəstəkli bəzi e-kitab oxuyucularla interaktiv  kitablar toxunaraq, izləyərək, dinləyərək daha da diqqət çəkməkdir.
  • Sağlıklı: E-kitab vasitəsi ilə astma və allegik xəstəlikləri olan oxuyucular kitab kağızlarından əmələ gələn tozlardan qurtulmuş olurlar.
  • Zamanında və pula qənaət:  İnternet üzərindən ödəyərək və anında yükləyərək sahib olunabilməsi, daşınma xərclərinin olmaması qənaət etmə imkanı verir.
  • Axtarış: Kitabın içində söz vəya sözbirləşməsi axtarma imkanı.
  • Yeniləmə asanlığı: Dəyişiklik lazım olan e-kitablarda kitabın müəllifi rəqəmsal mühitdə dəyişiklikləri edərək, oxuyucuya yenilənmiş versiyanı yüklə imkanı verir.
  • Asan daşınması: E-kitab texnologiyası sayəsində minlərlə kitabı daşınabilən cihazlarda özünüzlə hər yerə aparabilər və hər mühitdə oxuyabilərsiniz.
  • Yerə qənaət:  Evdə vəya ofisdə kitabların tutduğu yerlərə başqa əşyalar yerləşdirərək yerə qənaət etmiş olarsınız.


E-kitabların mənfi cəhətləri
  • Kitab qoxusu: Kitabların qoxusunu verən hər hansı bir texnologiya icad edilmədiyi üçün kitabın qoxusunu içinə çəkə-çəkə oxuyanlar üçün bir əksiklik olacaq.
  • Göz yorğunluğu: İşıq qaynağı olmadan oxuma imkanı verən e-kitab oxuyucu cihazlardan başqa, digər bilgisayar, cib telefonu, planşet kimi oxuyucu cihazlar gözləri yorur.
  • Pirat: DRM qorunması olmayan kitabların kopyalama və yayılma asanlığı.  

kitabyurdu.org
Top