Təbii kitab seçimimiz yaxşı kitabların üzrəində dayanmalıdır. Ancaq paradoks ordadır ki, ədəbiyyatda, hər yerdə olduğu kimi yaxşı və pis müstəqil kateqoriyalar şəklində mövcud deyil: yaxşı ancaq poslə müqaisədə ortaya çıxa bilir. Bundan əlavə, yaxıçı yaxşı kitab yazmaq üçün nəhəng miqdarda maklatura oxumalıdır — əks halda lazımi kriteriyaları müəyyənləşdirə bilməz. Və məhz üsul Qorxunc Məhkəmədə pis ədəbiyyatın mühakiməsini təşkil edə bilər.
Mütaliə sistemi haqda
Son nəticədə biz oxumağın özü üçün deyil, öyrənmək və dərk etmək üçün oxuyuruq. İnsanın hər vəziyyətinə uyğunlaşdırılmış, ən kəskin fokuslara hesablanmış, başqa sözlə ən qısa yola, mətnin yığcamlığına, presslənməsinə, əsərin dolğun və az yer tutmasına olan ehtiyac burdan doğur. Kitab xülasəçiləriylə bağlı rastlanılan üç pis vəziyyət
a) o işinin ustası da, bizim özümüz kimi mövzudan tamam xəbərsiz də ola bilər.
b) o yazmaq ehtirası ilə yanıb-tutuşa da bilər, ya da hansısa nəşriyyatın sifarişlərini yerinə yetirər.
c) Əgər o istedadlı yazıçıdırsa kitab haqda xülasəsini sənətin ayrıca bir növünə çevirə bilər — Xorxe Luis Borxes buna ən yaxşı nümunədir. Bundan sonra sizin kitabın özünün yerinə xülasəsini oxuyaraq kifayətlənə bilərsiniz.
Kitabların üz qabığında nə yazmalı?
Mən naşirlərin yerinə olsaydım, kitabların üz qabığında təkcə müəllifin adını yox, həm də əsəri yazarkən olduğu dəqiq yaşını da qeyd edərdim. Bu yolla oxucuya imkan verərdim ki, çox gənc ya da çox yaşlı bir müəllifin yazdıqlarını oxumaq istəyib istəmədiyini özü seçsin.
Yaxşı kitab zövqü haqda
Yaxşı ədəbi zövqə sahib olmaq üçün poeziya oxumaq lazımdır. Əgər bunu öz sahəmə, aid olduğum sənətə maraq yaratmaq üçün dediyimi düşünürsünüzsə yanılırsınız, mən həmkarlar təşkilatının üzvü deyiləm.
Məsələ ordadır ki, insan nitqinin ən yüksək forması olan poeziya təkcə ən yığcam növ deyil, həm də insan təcrübəsini ən kondensasiya olunmuş yolla çatdıran növdür. O həm də, xüsusilə kağız üzərində yazılanlar daxil olmaqla ən ali linqivistik imkandır.
Nə qədər çox poeziya oxusaq, çoxsözlülüyə bir o qədər dözümlü oluruq, fərqli yoxdur bu fəlsəfi mətn olsun ya tarixi, ictimai yaxud bədii mətnlər.
Nəsrdə yaxşı stil həmişə poetik mətnin dəqiqliyi, yüyrəkliyi və lakonik intensivliyi ilə səsləşir. Lütfən məni düzgün anlayın, nəsri gözdən salmaq istəmirəm, sadəcə həqiqət budur ki, poeziya nəsrdən daha qədimdir və buna görə möhtəşəm bir məsafə qət edə bilib. Ədəbiyyat poeziya, köçəri xalqların mahnlıarı ilə başlayıb, ardıyca yazılara keçib.
Kimi oxumalı?
Ehtiyac duyduğunuz yeganə şey bir neçə aylığa yaşadığımız əsrdə (XX əsr), mümkün olduqca əsrin ilk yarısında yaşamış, öz dilinizdə yazmış şairləri oxumaqdır. Ehtimal ki, sizi onlarca qalın kitablar gözləyir, ancaq yayın sonlarına yaxın əla formada olacaqsınız. Əgər doğma diliniz ingiliscədirsə, Robert Frostu, Tomas Hardini, U. B. Yetsi, T. S. Eliotu, U. X. Odeni, Manrianna Muru və Elizabet Bişopu oxumağı məsləhət bilirəm. Əgər russunuzsa ən azı Marina Çvetayevi, Osip Mandelştamı, Anna Axmatovanı, Boris Pasternakı, Vladislav Xodaseviçi, Velimir Xlebnikovu, Nikolay Klyuyevi oxumaq lazımdır.
Poeziya mütaliyəyə necə təsir edir?
Əgər yuxarıda sadaladığım kitablardan istənilən birini xouduqdan sonra rəfdən götürdüyünüz nəsr kitablarını yerinə qaytaracaqsınızsa, daha sizin günahınız yoxdur. Əgər o müəllifi oxumağa davam edəcəksinizsə, bu müəllifin həqiqətən samballı olmasından xəbər verir. Deməli, müəllifin sizin varlığınız haqda həqiqətə əlavə etməli nələrisə var. Demək ki, bu müəllif ən azından uzunçu deyil, onun dilində azad enerji və zəriflik var.
Necə oxumalı?
İzn verin burda bir karikatura çəkim, çünki karikatura işin mahiyyətini açır. Bu karikaturada hər iki əlində açıq kitab tutmuş bir oxucu görürəm, Sağ əlində şeirlər toplusu, sol əlində isə nəsr kitabı var. Görək o hansını birinci atır. Əlbəttə oxucu hər iki əlində nəsr kitabı da tuta bilər, ancaq bu onu baş çıxara bilməyəcəyi sonsuz kriteriyalarla üz-üzə qoyacaq. Və əlbəttə o yaxşı poeziyanın pisdən necə fərqləndiriləcəyini və sol əlindəki kitabı bağlamağa dəyərmi deyə soruşa bilər. Ancaq birincisi yəqin ki, onun sağ əlində tutduğu kitab sol əlindəkindən nazik olacaq. İkincisi, Montalyenin sözü ilə desək, poeziya ümüdsüz semantikdir və orda fırıldaqçılığın istifadə mümkünlüyü xeyli azdır. Üçüncüsü, oxucu sağ əlindəki mətndən bir neçə sətir oxuyaraq əlindəki mətnin nə keyfiyyətdə olduğunu biləcək, çünki poeziya özünü tez göstərir və orda dilin keyifiyyəti dərhal nəzərə çarpır. Cəmi üç sətirlə insan əlindəki kitabın içində nə olduğunu bilə bilər.
Tərcümə: Namiq Hüseynli