1. Heç vaxt darıxmazsınız. İctimai nəqliyyatdasınız? Kitabınızı açın. Gözləmə zalındasınız? Kitabınızı açın. Dostlarınız həmişə kitab oxuduğunuza görə sizi qonaqlıqlara, gəzməyə çağırmırsa, kitabınızı açın.
2. İlk görüşdə qarşınızdakını qiymətləndirməyiniz üçün əlinizdə möhtəşəm bir test var. “Kitab oxumuram” – dedisə, bundan sonra münasibətin ölüm fərmanı imzalandı.
3. Ətrafınızdakı adamlar sıxıcı, monoton, yalnız bir həyat yaşayanda siz yüzlərlə fərqli həyatı təcrübədən keçirə bilər, yüzlərlə insanın beynində gəzişə bilərsiniz.
4. İdman edəndə də nəsə öyrənə bilərsiniz. Murakaminin “1Q84” kimi 1200 səhifədən çox olan romanını oxuyan adamlar nə dediyimizi başa düşür.
5. Hər bir vəziyyəti izah edəcək doğru ifadəni tapıb deyə bilirsiniz. Söz ehtiyatınız kifayət qədərdir.
6. Təbriklər. Sizə hədiyyə almaq çox asandır.
7. Kitablarda qarşılaşdığınız obrazlar sizin üçün bir terapiyadır. Həyata dair çox gözəl tövsiyələr verir bu obrazlar.
8. İnternetiniz kəsilib? Nə vecinizə! Bu gecəni kitab oxuyaraq keçirəcəksiniz.
9. Yaxşı oxucular, daha yaxşı yazırlar.
10. Əldə etdiyiniz zəngin bilgilər sayəsində, saysız-hesabsız söhbət mövzuları aça bilərsiniz.
11. Evinizi bəzəməyə ehtiyac yoxdur. Kitab kolleksiyanız bu işin öhdəsindən gələcək.
12. O qədər çox kitab oxumusunuz ki, artıq həyatınıza necə həyəcan və dramatik anlar qatacağınızı bilirsiniz.
13. Son araşdırmaların birinə görə oxumaq beyin hücrələriniz arasındakı əlaqələri gücləndirir. Bu da sizin daha ağıllı olmanız deməkdir.
14. Dünyanın hər nöqtəsinə, hətta keçmişə və gələcəyə səyahət edə bilərsiniz.
15. Sizin oxuduğunuz romanlar əsasında çəkilmiş filmlər barəsində, hələ ekranlara çıxmamış məlumatlı olacaqsınız.
16. Hər bir situasiya üçün misal gətirə biləcəyiniz dəyərli kəlamlara malik olacaqsınız.