F.M.Dostoyevskinin ən lirik əsəri sayılan "İdiot" romanını bundan bir neçə ay öncə oxumuşam. Romanı oxuyarkən bəyəndiyim bəzi cümlələri özüm üçün qeyd etmişdim. Bu yazımda isə onlardan bəzilərini sizlərlə paylaşmaq istəyirəm:
• Adam öldürməyə görə insanı öldürmək cinayətin özü ilə müqayisədə çox böyük cəzadır.
• Hökm ilə adam öldürmək,quldur kimi adam öldürməkdən qat-qat dəhşətlidir.
• Şəfqət bütün bəşəriyyətin ən əsas ,bəlkə də, yeganə varlıq qanunudur.
• Lakin ən ehtiyatlı adam da, qonşu evindən başına düşən kərpicdən heç vaxt qoruna bilməz.
• Məsələ həyatdadır, yalnız həyatda, — heç də onu kəşf etməkdə deyil, kəşfetmə prosesində, fasiləsiz və daimi kəşfetmə prosesindədir !
• Nəzakət və ləyaqəti rəqs müəllimi öyrətmir ,qəlb özü təlqin edir.
• Fərdi xeyirxahlıq həmişə mövcud olacaqdır; ona görə ki ,bu, şəxsiyyətin tələb və ehtiyacıdır.
• Xoşbəxt olub axmaq vəziyyətində yaşamaqdansa, bədbəxt, lakin xəbərdar olmaq yaxşıdır.
• Deyirlər ki, heç bir şeyə təəccüb etməmək, çox ağıllı olmaq əlamətidir.
• Təcrübəsiz adam mühakimə yürütməməlidir.
• Lakin hər şeyin müəyyən həddi var, hətta keyfiyyətlərin də.
• Bəlkə də, öz ideyanızın ən əsas cəhətini heç kəsə verə bilməyib elə bu cür də öləcəksiniz.
• Deyirlər ki, itaətli olmaq dəhşətli qüvvədir.
• Lakin müəyyən kütbeyinlik, gərək ki, hər bir xadimin də olmasa, hər bir ciddi pulpərəstin, demək olar, zəruri keyfiyyətidir.
• İnsanın qəlbini uşaqlar müalicə edir.
• Etiraz bəzən az iş deyil.
• İxtiraçılar və dahilər, demək olar həmişə, öz fəaliyyətlərinin başlanğıcında (çox vaxt da axırında) cəmiyyətdə ancaq axmaq hesab edilirdilər.
• Bilirsinizmi,mən başa düşmürəm, necə ola bilər ki, gördüyün halda onun yanından ötüb özünü xoşbəxt hesab etməyəsən ?