Məncə ən yaxşısı qeydləri hər gün etməkdir. Gündəlik tutmaq lazımdır ki, məğzinə varasan. Heç bir xırdalığı, kiçik faktları hətta onlar qeyri mümkün görünsələr belə itirməmək lazımdır, ən başlıcası onları sistemləşdirmək lazımdır. Bu stolu, küçəni, tənbəki kisəmi necə görürəmsə eləyazmalıyam, çünki məhz BU dəyişilib. Bu dəyişikliyin ölçüsünü və xarakterini dəqiq müəyyən etmək lazımdır.
Məsələn elə bu karton qabı götürək, mən onun içində mürəkkəb qabarcıqlarını saxlayıram. Gərək çalışıb onu əvvəl və sonra necə gördüyümü müəyyən edəm. Bax bu fonda görünən düzbucaqlıparallelepiped… Boş şeydir, bu barədə danışmağa dəyməz. Məhz elə bundan qaçmaq lazımdır- ən kiçik qəribəliyin belə olmadığı nəyisə qəribə təsvir etməkdən.
Mənə elə gəlir gündəlik məhz elə buna görə də təhlükəlidir: həmişə ayıq olursan, hər şeyi şişirdirsən, dayanmadan qaydanı pozursan. Digər tərəfdən məndə hər dəqiqə məsələn elə bu karton qaba və ya digər əşyaya qarşı yenə də dünənki hisslər oyana bilər.
Gərək həmişə buna hazır olum, yoxsa o yenə də barmaqlarım arasından sürüşəcək. Heç nə lazım deyil, sadəcə diqqətlə və ehtiyatla baş verən hər şeyi qeyd etmək lazımdır. Əlbəttə ki, mən artıq srağagün və ya şənbə günü baş verən nəyisə dəqiq təsvir edə bilmərəm, o vaxtdan çox keçib. Ancaq onu deyə bilərəm ki, nə bu nə başqa vaxt sadəcə “hadisə” adlandırdıqları heç nə baş verməyib.
Şənbə günü uşaqlar dənizə daş atırdılar – “kökə bişirdilər”, – mən də onlar kimi dənizə daşatmaq istədim. Sonra dayandım, daşı atdım və getdim. Yəqin ki, qəribə görünürmüşəm, uşaqlar arxamca guldülər.
Xarici görüntü belədir. Mənim özümdə baş verənlərdən isə heç bir dəqiq iz yoxdur. Mən nəsə eləbir şey gördüm ki, iyrəndim, amma indi bilmirəm daşa baxırdım yoxsa dənizə. Daş hamar idi, bir tərəfi quru, digər tərəfi yaş və çirkli. Mən onun kənarından barmaqlarımın ucu ilə tutmuşdum ki, əlim çirklənməsin.
Srağagün daha çətin keçdi. Ona bir sıra təsadüflər və mənim üçün izaholunmaz anlaşılmazlıqlar da əlavə olundu. Amma onların təsviri ilə əylənmək fikrim yoxdur. Hər halda aydındır: mən qorxu və ya bu ruhda nəsə hiss edirdim. Əgər başa düşsəm ki, nədən qorxmuşdum bu da irəliyəbir addım ola bilər.
Aydındır ki, dəli olmağım ağlıma da gəlmir, əksinə mən dəqiq anlayıram ki, tam şüurlu vəziyyətdəyəm: dəyişikliklər ətraf dünyaya xasdır. Amma buna əmin olmaq istərdim.
11-in yarısı.
Bəlkə də bu dəliliyin yüngül tutması idi. Ondan iz də qalmayıb. Bu gün ötən həftənin qəribəhissləri mənə sadəcə gülməli gəlir, onları başa düşəcək vəziyyətdə deyiləm. Bu gün axşam mən ətraf mühitə əla uyğunlaşıram,. hansısa ədəbli burjuy kimi. Bu da mənim otel nömrəm, pəncərələri şimal-qərbə baxır. Aşağıda – Müharibə əlilləri küçəsi və yeni vağzalın tikinti ərazisi. Pəncərədən Viktor Nuar bulvarında yerləşən “Dəmiryolçuların sığınacağı” kafesinin qırmızı vəağ reklam işıqlarını görürəm.
Paris qatarı indicə gəldi. Vağzalın köhnə binasından sərnişinlər çıxıb, dağılışırlar. Mən addım və səslər eşidirəm. Çoxları sonuncu tramvayı gözləyir. Yəqin ki onlar pəncərəmin altındakı qaz fənərinin yanında məyus toplu halında dayanıblar. Onlar bir neçədəqiqə də gözləməli olacaqlar- tramvay 11-ə 15 dəqiqə qalmışdan tez gəlməyəcək. Kaş heç olmasa bu gecə kommivoyajörlar (xarici ölkələrdə: ticarət agenti) gəlməsələr: o qədər yatmaq istəyirəm ki, çoxdandır yatmıram. Sadəcə bir sakit gecə, bir-yeganə sakit gecə və hər şey qaydasında olacaq.
11:45
artıq qorxmalı heç nə yoxdur- kommivoyajörlar çoxdan gələrdilər. Heç olmasa cənab Ruana gələrdi. O hər həftə gəlir, ona ikinci mərtəbbədə iki nömrəli otağı saxlayırlar- bide (fr.bidet- xarici cinsi orqanları və anusu yumaq üçün fontanlı balaca vanna) olanı. O hələ də gələ bilər, teztez yatmazdan əvvəl “Dəmiryolçuların sığınacağı”-nda bir stəkan boşaldır. Qısacası, o səs küylülərdən deyil. Balaca, təmizkar, boyalı saqqallı və parikli. Bu da o.
Onun pillələri qalxmasına qulaq asanda sanki ürəyimi nəsə sancdı- onun addımları necə dəsakitləşdirir: hər şeyin qoyulmuş qaydalarla baş verdiyi dünyada nədən qorxasan? Məncə mən sağaldım. Bu da tramvay, yeddilik. Marşurut: sallaqxana- böyük gəmi dokları. O öz mövcudluğunu uca dəmir cingiltisi ilə xəbər verirÇemodan və yatmış uşaqlarla basabas doldurulmuş şəkildə o doklar tərəfə, zavodlar tərəfə, şəhərin şərq hissəsindəki qaranlıq tərəfəgedir.
Bu sonuncudan əvvəlki tramvaydı, sonuncu bir saat sonra keçəcək. İndi uzanıram. Mən sağaldım, balaca qız kimi hər gün gözəl yeni dəftərə öz hisslərimi yazasıdeyiləm. Gündəliyi ancaq bir halda tutmaq olar… əgər
Müəllif: Jan Pol Sartr /Ürək bulantısı romanı