Rüstəm Sadiqli-şeirlər

Rüstəm Sadiqli-şeirlər

Gənc yazar Rüstəm Rüstəmov da ucqar dağ rayonunda anadan olub. O, 21 dekabr 1995-ci ildə Lerikin Babakücə kəndində doğulub. 2011-2015 -ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində «Təsviri İncəsənət müəllimliyi» ixtisasında oxuyub. Elə həmin illərdə Lənkəran ədəbi mühitində “Sadiqli” təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Tələbəlik illərində «Məşəl» jurnalının xüsusi müxbiri, sonralar isə bədii redaktoru vəzifəsində çalışıb. Dediyinə görə yaradıcılığı ilə bağlı bəzi telelayihələrdə iştirak edib.  2016-2018-ci illərdə müəllim  kimi fəaliyyət də göstərib. Hazırda Bakı Avrasiya Universitetində filologiya ixtisası üzrə ikinci kursda təhsil alır.


Gənc yazar Rüstəm Sadiqlinin şeirlərini oxuculara təqdim edirik.






Gülüşün bəxş edir, dünyanı mənə


 

Qışı bahar edib, yaz eyləyirsən.
Açılan səhəri, saz eyləyirsən.
Bəzən üz döndərib, naz eyləyirsən.
Ruhuma toxunur, buz gülüşünlə. 


Gülüşün bəxş edir, dünyanı mənə.
Bənzəyir gülüşün, əlvan çəmənə.
Dinərək gülümsə,sevgilim,yenə
Nə gözəl səslənir,söz gülüşünlə. 


Güləndə gözlərim,səmanı görür.
Sankihəminanda,dünyanı görür
Ömürdənəngözəlzamanı görür
İşığaqərqolur, gözgülüşünlə. 


Ömrün baharını,ömrün yazını
Gah aşıq sözünü,quş avazını
Çalırsan könüldə sevgi cazını.
Nələr yaradırsan,öz gülüşünlə.

 

 


Səni görməyəndə ay ömrüm, günüm

 

Bahar gözlərimə qıştək görünür.

Ümidlər,diləklər quştək görünür.

Qupquru səhralar, yaştək görünür

Səni görməyəndə, ay ömrüm, günüm.

 

Günəşlə isinmir, buz olur ürək.

Mənaya sığmayan, söz olur ürək.

Misralar içində, köz olur ürək.

Səni görməyəndə, ay ömrüm,günüm

 

Getdikcə ağarır qara saçlarım.

Sevgindən asılıb dara saçlarım.

Sənsizliyi alır cara saçlarım.

Səni görməyəndə, ay ömrüm, günüm.

 

 


Gülüm, halın yaxşımıdır ?

 

Lalə üzlü, Salam dünyam 

Həqiqətə dönən duam

«Rüstəm» söylə «Yaşa» deyəm

Gülüm, halın  yaxşımıdır ?

 

Heyran olmuşam nazına

Hər kəlmənə, hər sözünə.

Bülbülvari avazına

Gülüm, halın yaxşımıdır ?

 

Saf ürəkli, şirin söhbət

Siman nurdandır əmanət.

Ləblərin başqa qiyamət

Gülüm,halın yaxşımıdır ?

 

Dünya donur sən güləndə

Sevinirəm sevinəndə

Pıçıldar rüzgar əsəndə

Gülüm, halın yaxşımıdır ?

 

Şükür səni Yaradana 

Möcüzələr verib sənə

Sevin ana,sevin günə 

Gülüm,halın yaxşımıdır ?

 

Gözlərindir həyat verən.

Rüstəmə qol-qanad verən

Nə olar «Yaxşıyam» desən.

Gülüm, halın yaxşımıdır ?

 

 

Səni istərəm


Sən gözəl arzu,ən gözəl duyğu

Nağıllar dünyası bir şirin yuxu 

Laləli aləmsən,ətirli qoxu 

Ömürümün baharı səni istərəm

 

Aylı gecələrin çıxaq sehrinə 

Nəfəs ver ruhuma,baxım gözünə

Mən heyran olmuşam nurlu üzünə

Ömürümün baharı səni istərəm

 

Sən güləndə həyat gülür üzümə

Nə ola nəzər et könül közümə

Mənə baxaraq yenə gülümsə

Ömürümün baharı səni istərəm

 

Rüstəmdən incimə, könlüm səndədi

Bax ki,səni sevən hansı gündədi,

Sən gedəndən bəri qəm üstündədi 

Ömrümün baharı səni istərəm.

 

 

Gəl görüşək, gəl baharım, gəl gülüm

 

Bir bahar axşamı hilal çıxanda, 

Ulduzlar eşq ilə parıldayanda.

Sevgi ilə ürəklər pıçıldayanda, 

Aşiqlər çeşməyə bir vaxt çıxanda

Gəl görüşək,gəl baharım gəl gülüm.

 


Gündüzlər səmaya günəş çıxanda 

Məcnunlar eşq ilə sehrə çıxanda.

Könüldən-könülə sevgi axanda,

Gəl görüşək,gəl baharım,gəl gülüm.

 


Göy üzündən yerə yağış yağanda

Sonralar yenidən, günəş doğanda.

Səmaya sevginin rəngi doğanda ,

Gəl görüşək, gəl baharım,gəl gülüm.

 


Sadiqliyə sənsiz çətinlik gəlir

Sankı ürəyini mizraqlar dəlir

Ruhu qanadlanır uçmaq istəyir.

Gəl görüşək,gəl baharım ,gəl gülüm.




KAYZEN.AZ

Top