Əyyub Məmmədov : "Gənclikdə yaşanan gözəl duyğular, payız yarpağıtək saralıb-solar"

Əyyub Məmmədov : "Gənclikdə yaşanan gözəl duyğular, payız yarpağıtək saralıb-solar"

Şair kimdir?

Həyatın hər anın duyğularında
Əks edib yaradan, qurandı şair.
Məqsədi təmizlik, nəcib əməllər,
İncə mirvaritək gözəldir şair


Gördüyü bir şeydən ilham alanda,
Tez onu tarixə yazandı şair.
Əyrini, düzü öz sözlərilə,
Cəmiyyət üzünə deyəndi şair


Beynində fikirlər qarmaqarışıq
Dərin dəryalarda batandı şair
Bəzən də bir körpə gülüşü kimi
İnsan ürəyinə girəndi şair


Onun öz aləmi, öz dünyası var
Adi fikirlərdən uzaqdır şair
Bəzən bir sözü elə deyər ki,
Yeddi qatını yandırar şair.

Payızda yarpaqlar yerə düşəndə
Bunu sətirlərə yazandı şair
Kövrək kəlmələrlə şeirlər deyib
Bir bulud kimi dolandı şair


Soruşsan o insan nəyə bənzəyir
Deyərəm qaynayan bulaqdır şair
Ölsə də sözləri unudulmayan,
Daim işıq verən mayakdır şair
  


Qocalırıq biz
 
Saatlar günə, aya çevrilir
Ömür karvanımız sürətlə gedir
Dən düşür saçlara, nəfəs daralır
Onda hiss edirik qocalırıq biz


Gənclikdə yaşanan gözəl duyğular,
Payız yarpağıtək saralıb-solar
Yadına düşəndə gözlərin dolar
Həmin vaxt bilərsən qocalırıq biz.
 
Qol-qola girib gəzən aşiqlər
Sinədə dağ boyda yaradar sipər
Gizlincə əliylə gözünü silər,
Sakitcə pıçıldar qocalırıq biz
 
Bir vaxtlar qaçaraq çıxdığın pillə
İndi qalxanda gəlir bir ilə
Dərin bir havanı alıb köksünə,
Deyinib deyərsən qocalırıq biz
 
Yetkin yaşlarında yağışı sevən
Külək əsəndə romantik deyən
Yaşlı vaxtlarında donub üşüyən
İndi anlayır ki, qocalırıq biz.
 
Hər gün neçə dəfə aynaya baxan
Gör neçə aşiqin qəlbini yaxan
İndi yorğun-yorğun özünə baxan
Söyləyir çox hayıf qocalmışıq biz
  


Dəniz boyda sevgim...
 
Gəlmişəm yenə də dəniz seyrinə
Qəmli fikirlərlə həsrət ötürüm
Baxıram dənizin ucqar yerinə
Deyirəm təəssüf mənim sevgimə
 
Bir vaxtlar dənizi birlikdə sevdik
Gəlib kənarında qışı yay etdik
İndi bu yerlərə yalnız gəlirəm
Çılğın dalğalarla köks ötürürəm
 
Gələrdik dənizə görüşmək üçün
Qol-boyun olub, sarılmaq üçün
İndi tək-tək gedirik düşünmək üçün
Oturub kənarda ağlamaq üçün
 
Dəniz boyda sevgim deyərdin mənə
Mən də can deyib baxardım sənə
İndi bu sularda üzün görünür
Böyük ləpələrdə səsin duyulur



Əyyub Məmmədov
Top