Əyalət jurnalistləri - 22 iyul Milli Mətbuat Gününə

Əyalət jurnalistləri - 22 iyul Milli Mətbuat Gününə

İllərdir yazır-yazır,
Bu peşədə qocalır
Dəbdəbələr görməyir
Əyləncələr bilməyir
Gecələr adi keçir...
Gündüzlər yazmaq ilə
Heç nə bir ad gözləmir
Əyalət jurnalistləri.
Bir köhnə portfeli var
Bir qələm, bir dəftərçəsi
Vaxtında çatdırmağa
Çalışır məqaləni
Bayram-seyran bilməyir
Dağı, daşı, palçığı,
Gəzir xəbər toplayır
Hara isə yollayır.
Heç çoxları tanımır
Bu qələm sahibini
Yeri kiçik rayondur,
Ya da bir kənd yoludur.
Aldığı mükafatı
Əmək haqqı sayılır
Kənardır efirlərdən,
Uzaqdır məşhurlardan.
Peşə bayramını da
Qeyd etməyir sarayda
Bir çay içir o günü
Köhnə qələm dostuyla.
Bayram günü təbrikin
Ya efirdə eşidir,
Ya da səs dalğalarında
Heç nə ummur kimsədən
Qayğılı fikirlərlə
Davam edir həyata.
Bir gün dağda, meşədə
Bir gün palçıqlı kənddə
Peşəsini çalışır
Əyalət jurnalistləri.
Top