Xatirə.
......Uzaqdan gələrək, aşıb dağları,
Gəlmişdi, görsün o, gül uşaqları.
Çağırıb yanına Gülnar balasın,
Şeirlə şad etsin Şaxta Babasın.
Başladı qızcığaz şeir deməyə,
Babasa o qıza verdi hədiyyə.
Soruşdu o qızdan bu qoca baba:
“Dəcəllik etmədin bu il, əcaba?”
Sevincdən yekəldi gözləri qızın
Deyərkən – “Öyrəndim əlifbamızı.
Bağçaya gedirəm, ay baba, hər gün,
Ordakı uşaqlar dostumdur bütün.”
Danışdı, gülüşdü babayla nəvə.
Sonraysa Gülnarı apardı evə,
Atası apardı evə Gülnarı,
Alaraq qızına oyuncaqları.
Yolda almış idi tazə bir çiçək.
Anaya bu gülü onlar verəcək.
Atayla balası evə çatdılar,
Anaya tazə bir gül uzatdılar.
Atasa anaya baxaraq ərkən,
Söylədi: “Olsun bu sənə hədiyyəm.”
Çiçəyi görərək heyrətə gəldi,
Ana da söylədi – “Qışda gül nədir?
Hər yerə qar yağıb, çox soyuq hava.
Bu vaxtlar gül bitən məkanlar hara?”
Çıçəyin qoxusun özünə alıb,
Söylədi: “Soyuqda ətirli qalıb.”
Ata da sözləri duydu, eşitdi,
Anaya cavabda belə söylədi:
“Ətrafda olsa da çoxlu soyuq qar,
Ancaq ki, qəlbimdə daim bahar var.
Çünki qəlbdə sevgim daim sizlədir.
Gülü tər saxlayan məhəbbətimdi.”
Qəflətən duyuldu qız çığırtısı,
Çünki qırmış idi Gülnar kuklasın.
Tutaraq əlindən valideyinlər,
O qızın gözündən yaşı sildilər.
Öpərək dedilər: “Ağlama ancaq,
Alarıq sənə bir yeni oyuncaq.”.......
.....Düşünüb bunları balaca uşaq,
Səkidə qorxudan tək oturaraq,
Geyinib əyninə köhnə paltarı,
Həsrətlə süzürdü o, insanları.
Atası ölmüşdü o qızın erkən,
Anası olmuşdu yataqda zökəm.
Tərk edib getmişdi hamı onları,
Tək dostdu şəhərin qaranlıqları.
Atası öləndən gəlməyir daha
Qarlı dağlar aşan o Şaxta Baba.
Bağçada gülərək, deyib oynayan
Uşaqlar keçirdi aralı ondan.
Əvvəllər o qıza “balam” deyənlər,
Indiysə, elə bil, qeybə gediblər.
Itirib-axtarmır o qızı onlar,
“Can bala “ deyənlər keçən zamanlar.
Qaranlıq olubdur qızın sirdaşı,
Bir də ki, atanın tək məzar daşı.
Ancaq ki, qız gülür ana yanında,
Istəmir pis olsun xəstə halında...
...Yenə də Yeni il, yenə hava qar,
Indiysə nə dostlar, Şaxta Baba var.
Sakitcə duraraq səkinin üstdən,
Axan göz yaşını silərək gözdən,
Əlini uzadıb qarlı havada,
Gülnar söyləyirdi: “Allah yolunda”.......
Tanqo
Son aylar, son sinif, oturub dərsdə,
Bilmirdi hissini desin nə tərzdə.
Dostlarçün şeirlər yazan bu oğlan
Sanki lal olubdur, tutub həyəcan.
Adətən həyatda tək olan anlar
Ən yaxın dəst olur ağ-qara notlar.
Onunçün toxunub klavişlərə,
O, təslim olurdu bu cür hisslərə.
O, xəyal eylədi, oturub dərsdə,
Etiraf edəcək ilk tənəffüsdə.
Vaxt keçdi, dərsdən zəng çalınan zaman
Oğlanı həyəcan bürüdü yaman.
Yığaraq özündə o an cəsarət,
Sevdiyi qız yana etdi hərəkət.
Özünü yığaraq “Necəsən?” dedi,
O qızın halını soraq eylədi.
Sonraysa danışdı havadan, sudan.
Bimirdi söz açsın necə mövzudan.
Bütün dərs zamanı o, düşünsə də,
Nə cürə etiraf edə sevgidə,
Ancaq ki o qıza yaxlaşan kimi,
Lal oldu, unutdu beynindəkini.
Vaxt isə gözləmir, sürə gedirdi:
Dərs üçün içəri zəng də verildi.
Oğlansa bu zaman özün unutdu:
Qız getmək istərkən, əlindən tutdu.
Oğlan da qız ona çönüb baxarkən,
Söylədi “Bilirsən… Səni sevirəm!”
Qız özün itirdi eşidən kimi.
Bilmədi onda nə edəcəyini.
Qız bunu eşitdi, yerində qaldı,
Utanıb başını aşağı saldı.
Başını qaldırıb, baxıb oğlana,
Qız qaçdı özünün dərs otağına.
O gündən boğanmır oğlan hissini:
Gizlincə seyr edir öz gözəlini.
O qızı seyr edir oğlan xəlvəti,
Yenidən söz desin gəlmir cürəti.
Qısqanır o qıza öz kölgəsini,
O qızı sevirdi dəlilər kimi.
Zamansa dayanmır, öz işin edir:
Son ilin, son ayın, son dərsi gedir.
Zamanla bir yerdə dəyişib:
Oğlanın qəlbi tək o gözəlindi.
Vaxtsa tez dəyişdi bir an içində,
Son zəng dı çalındı növbəti gündə.
Son zəngdə yazırdı məktəb geyimin
Uşaqlar məkəbin xatirələrin.
Oğlansa gizlində, ancaq kədərli
Yenə də süzürdü öz gözəlini.
Son zəngdə son dəfə o qıza baxdı,
Gözündən həsrətlə bir dasmla axdı.
Həsrtətlə baxırdı son kərə oğlan.
Bilirdi o qızı görməz heç zaman.
Qız isə yerlərə dikərək gözün,
Elə bil, günahkar hiss etdi özün.
Üzündə təbəssüm, asta gələrək,
O qız da oğlanı seyr etdi kövrək.
Alaraq oğlanın əlindən qələm,
Qız dedi “Mənim də vardı xatirəm.”
Köynəyin bəzədi sinə yerini,
Köynəyə çəkmişdi ürək şəklini.
Ürəyin içində, öz sırasında,
Utancaq yazmışdı “A üstə gəl A.”
Oğlansa görərək ürək rəsmini,
Sevincək seyr etdi öz gözəlini.
Son zəng da vuruldu, sonra məzunlar
Bir-birin evində qonaq oldular.
Harada olsa da, o oğlan yenə
Gizlincə baxırdı öz gözəlinə.
Evlərin birində piano vardı.
Uşaqlar oğlana “İfa et” dedi.
Oğlansa keçərək qızın yanından,
Yavaşca söylədi “Sənə ərməğan.”
O oğlan gələrək fortepianoya,
Sevinclə toxundu birinci “do”-ya.
Sonraysa yenidən “do”-ya vuraraq,
“Re” ilə “mi” vurdu qıza baxaraq.
Yenidən “mi” vurub, toxundu “si”-yə,
Sevgisin deyirdi “Qadın ətriylə”.
Çalaraq, etmişdi valeh hamını
O, “Qadın ətrindən” Tanqo valsını.
Uşaqlar hamısı gedəndən sonra,
Qız dedi “Cox sag ol” həmən oğlana.
Dedi ki “Çox sağ ol. Nə yaxşı varsan.
Xəlq edib mənimçün səni Yaradan.”
Qız dedi “Əbədi xoşbəxt olaq biz.
Tanqo da, qoy, olsun sevgi nəğməmiz.”
Oğlansa tutaraq qızın əlini,
Söylədi, süzərək öz gözəlini.
“Bilsəydim, xoşlarsan bunu bu qədər,
Yazardım Tanqonu Qardeldən əvvəl.”
Eşidib bunları o qız da güldü.
Baxaraq, “Vallah, sən dəlisən” dedi.
Vaxt keçir, yenə də qaçırdı zaman:
Ali məktəb üçün vardı imtahan.
Imtahan qurtardı: oğlan kəsildi,
Qız isə xaricdə məktəbə girdi.
Ancaq ki xaricə getməzdən əvvəl,
Oğlanla danışdı o qız bir qədər.
Oğlanın üzünə baxıb günahkar,
O qızın gözündən axdı damlalar.
Oğlana nə isə demək istədi,
Ancaq ki yaş boğur, deyə bilmədi.
Oğlansa üzünə verib təbəssüm,
O qıza söylədi “Ağlama, gülüm.”
Əliylə gəzərək yanaqlarını,
Silirdi o qızın göz yaşlarını.
Təbəssüm verərək yanaqlarına,
O qız da sarıldı möhkəm oğlana.
Sarılıb, yumaraq qız gözlərini,
Ağlaraq deyirdi “Buraxma məni.”
Sarılıb, toxunub qızın saçına,
Oğlan da söylədi “Yaxşı, ağlama.
Bu da bir həyatdan sınaqdır, sorur.
Qəlb sevsə, məsafə önəmsiz olur.
Məskənsə hətta lqp ayrı qütblər,
Aşıq öz yarını daima sevər.
Getsən də, qorxmuram uzaq olarsan.
Qəlb sevir, deməli, qayıdacaqsan.”
Qız isə daha da möhkəm sarıldı,
Oğlana belə bir söz pıçıldadı.
“Bir dənə ricam var, yetir arzumu,
Getməzdən son kərə çal o Tanqonu.”
Oğlansa ağ-qara nota dəyərək,
O qızı edirdi daha da kövrək.
O oğlan Tanqonu çalandan sonra,
Söylədi bu cürə o qız oğlana:
“Vərəqə Tanqonun yaz bir sətrini,
Uzaqda olarkən, olsun təsəlli.
Ürəyim sənindir, ancaq ki yenə
Bu vərəq, qoy, olsun təsəlli mənə.”
Oğlan da alaraq vərəqi qızdan,
Bir neçə not yazdı ora Tanqodan.
Vərəqin sonunda çəkib ürəyi,
Içində yazmışdı “Sevirəm səni.”
Onlar ayrıldılar, növbəti səhər
Qız oldu tələbə, oğlansa əsgər.
Yenə dayanmadan axırdı zaman.
Xidmətdən geriyə qayıtdı oğlan.
Qayıdar-qayltmaz ordudan geri,
Oğlan da yad etdi həmən qız hili.
Oğlana dedi ki qızın anası,
Çatdırar qızana, versin yazısın.
Oğlan da yazmışdı balaca namə,
Yetirsin anası sevgili yarə.
Namə yollanandan keçsə də günlər,
Ancaq nə cavab var, nə yox bir xəbər.
Getdi o, qız gilə, duysun sədasın,
“Ay bala, bilmirəm” dedi anası.
Üzünü çevirib gedəndə oğlan,
Anası söylədi “Ay bala, dayan.
Görürəm, ağıllı oğlansan özün.
Ərk edib deyirəm, sənə va sözüm.
Qızdan xoşun gəlir, bilirəm bunu.
Ancaq ki, qoy, sənə deyim doğrunu.
Hərçənd ki buraya arada yazar,
Deyəsən, orada xoşladığı var.
Onunçün ərk edib, deyim ricamı:
O qızı unudub, dur sən aralı.”
Oğlansa eşidib həmən sözləri,
Dözmədi, yaş ilə doldu gözləri.
Ancaq ki tez çıxıb, gedərək ordan,
Söz verdi, unudsun hər şeyi tamam.
Onunçün unudub olanı o da,
Çalışdı başlasın yeni hıyata.
Nə qədər unutmaq istəsə, yenə
Xəyanət edənmir qəlbdə gözələ.
O qızın dərdindən yansa da ürək,
O, təslim olmadı, yaşamaq gərək.
Oğlanın hər zaman ən yaxın dostu
Olub pianonu ağ-qara notu.
Özünü həsr etdi öz dostlarına:
Səkkiz oktavanın o, notlarına.
Onunçün həyatda çətin məqamda
O, oldu pianoçu bir restoranda.
Yenə də vaxt keçir, axırdı anlar.
Deyirlər, zamanla keçir yaralar.
Ancaq ki oğlanın bu sevgi dərdi
Zamanla bir yerdə təzələnirdi.
Artıq o günlərdən keçibdir illər.
Nə oğlan, nə də qız cavan deyillər.
Həmən restoranda günlərin biri
Gəlmişdi, ilk üzdən, varlı müştəri:
Varlı bir cənabdı orta yaşında,
Özüylə gətmişdi öz xanımın da.
Piano çalsa da, oğlan bildi ki,
Gəlibdir özünün cavanlıq eşqi.
Üzündə təbəssüm olsa da, yenə
Keçmişin acısı doldu qəlbinə.
Notlardan alaraq təsəllisini,
Çaldı Ley Frensissin “Eşq tarixini”.
Təsəlli versə də oğlana notlar,
Ancaq ki gözündən axdı damlalar.
Varlı müştəri də dinlərək onu,
Çalınan notların oldu məftunu.
Onunçün gələrək həmən müştəri,
Oğlana söylədi bu cür sözləri.
Dedi ki, ən gözəl bir əsər çalsın:
Müştəri xanımla oynasın valsı.
Ricasının eşıdıb müştərisinin,
Çaldı öz eşqinin xatirəsini.
Çaldı o, gözyaşı boğsa da onu,
“Por uno cabeza” adlı Tanqonu.
Əriylə oynayan həmən o xanım
Düşündü oğlanı, sevgi anların.
Oxuyub, gələrkən o qız xaricdən,
Anası dedi ki “Əl çək sevgindən.
Axıllı, savadlı bir qızsan özün,
Ancaq ki, gör, kimdə qalıbdır gözün?!
Yaxşı aç dünyaya öz gözlərini:
Gedəndən heç zaman sormayıb səni.”
Anası deyərkən qıza bunları,
Gizlətdi oğlanın yazdıqlarını.
Onunçün uyaraq öz anasına,
Getdi sevmədiyi qız bir oğlana.
Oğlandan dərindən qız incisə də,
Ancaq ki qəlbində sevirdi yenə.
Oğlanın üzündə görüb təbəssüm,
Kədərlə dolmuşdu qız qəlbi bütün.
Boğsa da gülüşlə kədər hissini,
Tək boğa bilmirdi öz sevgisini.
Onunçün gedərkən o, restorandan,
Çantasın almadı qəsdən masadan.
Onunçün əriylə gedəndən sonra,
Çantasın almaqçün qayıtdı ora.
Çantayla duraraq oğlana baxdı,
Qızından gözündən damlalar axdı.
Oğlanın yanlnda duraraq o qız,
Çantadan çıxartdl köhnə bir kağız.
Kağızda var idi Tango notları,
Əbədi etməkçün keçmiş anları.
Indiysə oğlanın baxıb gözünə,
Acı bir təbəssüm verdi üzünə.
Gözzləri dolsa da yenə o qızın,
Ancaq ki cırdı o, həmən kağızı.
Dönüb o, gedərkən qapıya sarı,
Atırdı kağızın parçalarını.
Eləcə tərk edib, qız getdi ordan,
Oğlansa baxırdı məyyus arxadan.
… Beləcə, seçilən sevgi nəğməsi,
Sevgiyə qoymuşdu axır nöqtəsin.
Ancaq ki, bəlkə də, o vaxt, o ana.
Hər şeyi desəydi oz balasına,
Desəydi oğlanın yazdıqlarını,
Bir də ki oglanı aldatdığını,
Bəlkə də oğlana desəydi o gün
Qız onu soruşur yazdıqca bütün,
O zaman çalmazdı Tanqonu oğlan,
Kağızı cırmazdı qız da heç zaman.
Çünki hər bir zaman sevən ürəklər
Bir-birin naminə döyunəcəklər.
Bilməyib oğlanı layiq qızına,
Qızın xoşbəxtliyin almışdı ana.
Gör, neçə sevəni belə ayrıllar?
Nə qədər çalınır bu cür Tanqolar?
Bu Tango ümidsiz, bəd qurtaracaq.
Bəlkə də xoş bitir nağıllar ancaq.
Arzular dəyişərmiş.
Gələrək qrupun nümayəndəsi,
Dedi ki “Uyarın bilməyən kəsi.
Xəbərdan eyləyin siz uşaqları:
Bu həftə yığırlar təhsil haqqların.”
Arzu da eşidib həmən sözləri,
Xəbərdar eylədi evdəkiləri.
Evdənsə Arzuya dedilər ki, bəs
Vaxt azdı, bu pullar düzələ bilməz.
Bir azca gülərək, dedi anası,
Rokfeller deyildir onun babası.
Gülsə də, eşidib Arzu bunları,
Bilirdi, tapmalı mütləq pulları.
Indicə qrupun nümayəndəsi
Söyləyib, qovarlar verməyən kəsi.
Onunçün gedərək universtetə,
Soruşdu, mümkünmü pulu gec verə.
Ancaq ki Arzunun həmən xaişi
Qəbul olunmadı. Çətindir işi
Anlayıb, düşündü Arzu bir qədər
Həyatdan istərdi o, əvvəl nələr.
Həkimlik edərdi arzu bir zaman.
Böyüdü, anladı bu həyat yaman.
Onunçün çatmadı öz arzusuna:
O, daxil olmadl tibb instituna.
On altı yaşında olanda o qız
Rusyətdən gəlmişdi bir namə, kağız.
Oxuyub, ağladı anası necə:
Ərinin cəsədi gəlir bu gecə.
Anası ağladı, ancaq sınmadı,
Iş tapdı, ailəsin özü saxladı.
Onunçün taparaq bir az pul-para,
Yolladı Arzunu təhsil almağa.
Ancaq ki verməkçün təhsil parasın,
Çoxlu borc almışdı onun anası.
Hələ qaytarmamış borcun yarsını-
Yığırlar bu ilin təhsil haqqını.
Nəzərə alaraq bunları Arzu
Axtardı paranı qazanmaq yolu.
Nə qədər işlərə baxsa da, yenə
O pulu vermirlər beş-altı günə.
Ancaq ki bir tanış dedi “Çıxış var:
Yaxşı pul gətirir indi disko-bar.
Başqa yer verdiyin bir-iki ilə,
Orada alarsan bircə həftəyə.”
Arzu da cavabda, eşıdıb bunu,
Hirslənib, vurmuşdu həmən dostunu.
Ancaq ki söylədi o oğlan “Yenə
Fikirləş, sonra da cavab ver mənə.”
Pulları verməkçün qaldı iki gün,
Ancaq ki pulları tapanmır bütün.
Onunçün düşündü, yazıb ərizə,
Tullasın məktəbi Arzu gizlicə.
Ancaq ki bilirdi bunu edənməz,
Təhsilliz kim baxar anasına bəs?!
Qəribə: olmaqçün ali bir insan,
Keçməli həyatın alçaqlığından.
O qız institutda oxusun deyə,
Məcburdu pulları tam ödəməyə.
O, yiyə çıxmaqçün ali savada,
Zəng edib “Hə” dedi həmən oğlana.
.....
____________________________
Qıraqdan görərək bu cür şeyi biz,
Ittiham edirik, əslən xəbərsiz.
Gedərək, qəlblərdə ədalət solur:
Görürsən, günahsız ittiham olur.
Laqeyid, sanki bir daş oluruq biz,
Insana xas olan ölür hissimiz.
Hər şeydən deyərik heç nə bilmədən.
Gedərək, yad düşür insanlıq bizdən.
Onunçün daş olmuş qəlbdə duyğuya,
Yazıram hisslərə epitafiya.
Epitafiya
Qələmi götürüb, yeni şeirimi
Yazaraq, şeirdə dəfn eyləyəcəm
Həyata bağlayan məni hissimi.
Bu ölüm şeirində ondan deyəcəm.
Deyəcəm, unudub insan hisslərin,
Həyatla bağlanır ancaq varlığı.
Artıq o, eşitmir ürək sözlərin.
Daş olub, unudub o, insanlığı.
Daşlardan seçilmir, bircə fərqi var:
O, yeyir; o, yatır; o, nəfəs alır.
Sinədə ürək də saattək vurar,
Dünyada dünyaya biganə qalır.
Sinədə daş qəlblə canlı müqəvva
Hisslərin tanımır, daşqəlbli olub.
Əzəldən insana xas olan vəfa
Kolundan dərilmiş bir gül tək solub.
Inanmaq, güvənmək adında hisslər
Yox olub, yad olub ürəyimizə.
Sevgidən, inamdan olanmaz sözlər,
Qardaş da qardaşa güvənməyirsə.
Güvənmir, çətin ki güvənə daha.
Kəsərsiz olubdur “kişinin sözü”.
Artıq o, gözlərin tutub Allaha
Var-dövlət istəyir, ləldədir gözü.
Ləl alıb, itirir insan hissini.
Sağlamlıq yox olur, kömək-təbabət.
Olmazmı Allahdan bir insan kimi
Özünə istəyə sağlıq, səadət?
Səadət istəyə insan Allahdan,
Səadət istəyə bir insan kimi.
Amma ki tək qızıl yığır həyatdan,
Yox edir, məhv edir gələcəyini.
Daş-qaşı o, alır, saatıb dostunu.
Daş-qaş yola salır bizi əcələ.
Çünki, artıq olmuş həyat qanunu
Kağızlar üstündə üç-dörd məcəllə.
Nə qədər olsa da yazılı qanun,
Onlar söz açanmaz sevgi hissindən.
Artıq vicdan deyil hakimi onun,
Məhkəmə qurmayır ona gizlində.
Məhkəmə qurmayır ona gizlində,
Məhkəmə qurmayır vicdan hakimi.
Çünki o, yox olub insan gözündə,
Daş qəlbi tanımır vicdan hissini.
Itirib, öldürüb insan hissini,
Itirib hər şeyin, bəs qalıb nələr,
Artıq biz qazmışıq hisslər qəbrini,
Baş daşın bəzəyir bu cür kəlmələr:
“Məzarda uyuyur bizim hissimiz
Məhəbbət, qardaşlıq, vicdan adında”.
Duyğusuz döyünür daş ürəyimiz,
Daşqəlbli məxluğuq “insan” adında.
Insanıq, amma ki yaddı bizlərə,
Bizlərə xas olan insanlıq hissi.
Qəlb gülmür, sevincsə yaddı gözlərə,
Hissizlik “yeriyən daş” edib bizi...
Cavidan Hacıyev .