Başqa adam | Orxan Bahadırsoy

Başqa adam | Orxan Bahadırsoy

Yaddaşımda sancı verər əzgilər,
içimdə bir ruh ağlayar, üz gülər.
Daha mənə tanış gəlmir güzgülər,
— güzgülərdən baxan başqa adamdı.
 
Vəd edirəm öz-özümlə görüşə,
gözləyirəm üfüqlərdən gün düşə.
Eyni olmur nə o yorğan, nə döşək,
— döşək başqa, yorğan başqa adamdı.
 
Məndə səni unutmağa güc hanı?
Çəkirəm də bu bitməyən hicranı.
Ölsəm əgər üzülmə də, sən canın,
— canım məndən çıxan başqa adamdı.
 
Sinəmdəki bər-bəzəkli yerdə qal!
Xatirəmdə necə qaldın? Bir də qal!
Görüm səni mənim kimi dərdə qal,
— dərdə qal ki, Orxan başqa adamdı.
Top