Biz xarabat əhliyik, meyxanələrdən çıxmışıq,
Badələr nuş etmişik, peymanələrdən çıxmışıq.
Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik,
Şəmlər yandırmışıq, pərvanələrdən çıxmışıq.
İndi biz ikrah edib meydən, nəzərdən düşmüşük,
Yoxsa min-min məclisi-məstanələrden çıxmışıq.
Gah öpüb yarın ayağın, gəh dolannıq başına,
Biz pərişan zülflərtək şanələrdən çıxmışıq.
Qədrü qiymətsiz bizi zənn etmə, Vahid, arif ol,
Pürbəha gəncinəyik, viranələrdən çıxmışıq.
Əliağa Vahid