Türküstan yelləri öpüb alnını,
Söyləyir dərdini sana bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən
Ərməğan yollasın sana, bayrağım!
Gedərkən İrana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma.
İzin ver gözümdən coşan yaşıma,
Dinlətsin dərdini aha, bayrağım!
Qayi xan soyundan aldığın rəngi,
Qucamış Elxanla müsəlman bəgi.
Elxanın övladı — dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri,
Allahın yıldızı, o gözəl pəri
Sığınmış qoynunda aya, bayrağım!...
Ə.Cavad