Sevinməyin bu günümə,
oynamayın əsəblərimlə.
Hərəniz bir məqsədi güdə-güdə
tor qurmayın mənə.
Bu alçaqlıqla hara gedib çıxarsınız?
Öz əclaflıq dənizinizdə
boğularsınız.
Sevinməyin məni özümdən
çıxardanda.
Haqsızlığınızla boğub
bağırdanda.
Sevinməyin,
Üstümə qah-qah çəkib gülməyin!
Üstün gələ bilərsiz,
siz haqlı adamlara
Bir il..beş il… on beş il...
Lakin...bu uzun çəkməz .
Satın alınan ad- san axır ki,
Buxarlanar.
Satın alırsınız siz
arzu və ümidləri.
Satin alırsınız siz
alovlanan qəlbləri,
adı,işi, stolu.
Lakin bilin bir daha
Həqiqət yox olsa da
görünməsə gözlərə,
Yenə bir vaxt çıxacaq
dərinlikdən
üzlərə.
Məhv olmayacaq ,bəli
Batsa lilə, palçığa.
O, yenə parlayacaq.
Günəş batmaz həmişə.