Almas İldırım- Əsir Azərbaycanım!

Almas İldırım- Əsir Azərbaycanım!

Hanı məni gül qoynunda doğuran,

Xəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə, « layla, balam » çağıran…

 

Azərbaycan, mənim baxtsız anam oy…

Neçə ildir həsrətinlə yanam oy…

 

Salam desəm, rüzgar alıb götürsə,

Ağrı dağdan Alagözə ötürsə,

Gür səsimi göy Xəzərə yetirsə,

 

Xəzər coşub zəncirini qırsa oy…

Hökm  etsə  bu sərsəm gediş dursa oy…

 

Xəbər alsam Muğanımdan, Milimdən,

Nazlı  Bakı, o neft qoxan gülümdən,

Kim demiş ki, düşmüş adı dilimdən…

 

Azərbaycan, mənim eşsiz yurdum  oy…

Ölməz eşqim, içimdəki dərdim oy…

 

 

Könlümə tək Kəbə etdim səni mən,

Sənsiz neylim qürbət eldə günü mən?

Sənsiz neylim Allahı mən, dini mən…

 

Azərbaycan, mənim tacım, taxtım oy!..

Oyanmazmı kor olası baxtım oy!..

Top