Sərhədçi
Yuxu fikirləşmə sərhədçi!
Bir az ananın gözlərində,
bir az sevdiyin qızın ürəyində yat.
Dərdi-qəmi at,
yuxunu beynindən çıxart.
Mürgüləmə sərhəddə
qoy quş da keçməsin.
Düşmən hədəf kimi səni seçməsin!
Atan-anan,sevgilin
sevgi gözləyir səndən,
Vətən sərhəddən başlar,
sevgi başlar vətəndən.
Deməli sevgin də sərhəddən başlayır,
sevgini fikirləş!
Yuxu fikirləşmə sərhədçi!
Bir az gözlərində qan,
Bir az qəlbində təpər.
Sənə müqəddəs olsun,
Bax,bu tikanlı çəpər.
Bilirəm qəlbində həsrət var:-
Bir ana həsrəti,bir qız həsrəti.
Kənddə yaşadığın şaxtalı bir qış,
Bir bahar həsrəti,payız həsrəti.
Yarın gözləyir səni,
gözlər səni bir ocaq.
Heç nə fikirləşmə dost,
hər şey yerin tapacaq.
Yuxu fikirləşmə sərhədçi!
Bir az ananın gözlərində,
bir az sevdiyin qızın ürəyində yat.
Heç nə fikirləşmə sərhədçi,
məqsədinə çat!
15.04.2008(əsgərlik,Beyləqan)