Yavaş-yavaş ölürlər
Səyahət etməyənlər.
Yavaş-yavaş ölürlər
Oxumayanlar, musiqiyə qulaq asmayanlar,
Vicdanlarına tolerantlığı qatmayanlar.
Yavaş-yavaş ölürlər
Vərdişlərinə əsir olanlar,
Hər gün eyni yollarda gedənlər,
Üfüqlərini genişlətməyənlər və dəyişdirməyənlər,
Köynəklərinin rəngini dəyişdirmək riskinə də olsun getməyənlər,
Bir tanımadığı ilə söhbət etməyənlər.
Yavaş-yavaş ölürlər
Həyəcanlardan qaçanlar,
Təmir edilən qırıq qəlblərin gözlərindəki parıltını
görmək istəməkdən qaçanlar.
Yavaş-yavaş ölürlər
Eşqdə və ya işdə bədbəxt olub adresini dəyişdirməyənlər,
Yuxularını gerçəkləşdirmək üçün risk etməyənlər,
Həyatlarında bir dəfə də olsun məntiq axtarmayıb- tövsiyələrin ipini buraxmamış olanlar.