Bir ötən sevgini unuda bilsəm,
Könlümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına, qayıda bilsəm
Bağışla, bağışla, məni bağışla…
Bağışla qapını döyə bilmirəm,
Bağışla sevirəm, deyə bilmirəm.
Özüm də bilmirəm, ah niyə bilmirəm,
Bağışla, bağışla, məni bağışla…
Bir sönən ocağın külünə yanma
Ömrümün ayına, ilinə yanma
Desəm ki sevmirəm gəl mənə inanma ,
Bağışla, bağışla, məni bağışla…
Bağışla məni…
Şeirə bəstələnmiş mahnının musiqisi Emin Sabitoğluya məxsusdu. Bu mahnının möhürünü Flora Kərimova vursa da Teymur Əmrahın ifasını da çox bəyənirəm.
P.S: Bu gün sevimli şairim Ramiz Rövşənin 67 yaşı tamam olur. Allah ona uzun, sağlıqlı ömür versin inşallah. Amin!
Şeirlərini oxumaq hər zaman xoşdu. Mənə görə, təkrarolunmaz şairdi Ramiz Rövşən. Var olun, şair!