Bəxtiyar Vahabzadə - Gecələr bulaq başı.

Bəxtiyar Vahabzadə - Gecələr bulaq başı.

Sakit axıç gecələr,
Bulaq nələr danışır?
Elə bil ki, nağıllar,
Əfsanələr danışır.                        

Sirrlərlə doludur,
Gecələr bulaq başı.
Onun zümzüməsidir
Gecələrin sirdaşı…

Səpəlinib toz kimi
Şırıltıyla axan su -
Neçin pozur gecənin
O dərin sükutunu?

Bəzən aylı, süd kimi,
Bəzən qara gecələr -
Bulaq laylamı çalır
Yatanlara gecələr?

 

Nə deyir laylasında
Ötüb qumrular kimi?
O — keçmişin naləsi,
Gələcəyin sirrmi?

Bulaq nə deyir görən,
Hey axdıqca şırhaşır,
Gündüz gürdüklərini,
Gecəyəmi danışır.

 

 

Top