Gəl gedək bu şəhərdən | Sona Vəliyeva

Gəl gedək bu şəhərdən | Sona Vəliyeva

Yığıb xatirələri də,gəl gedək...
Gəl gedək bu şəhərdən.
Yarpaqlar saralıb,
Töküləcək qəfildən.

Sarı yarpaqlar içində,
Hər şey itib gedəcək.
Dəli xəzri küləyi,
İçimi göynədəcək.

Gəl gedək bu şəhərdən,
Bu payız mənlik deyil.
Ruhum saralan yarpaq,
Ayrılıqlar əl eləyir.

Bu torpağın kədəri,
Dumandır, başından çıxır.
Payız qəmli qadın kimi,
Gözünü min yerdən sıxıb.

Çətin payızdan ötmək,
Qışdan bahara nə var?
Hardasa bizi gözləyən,
Bir günəşli qapı var.

Gəl gedək bu şəhərdən,
Bu payız mənlik deyil.
Ruhum saralan yarpaq,
Ayrılıqlar əl eləyir.
Top