Tənhalıq

Tənhalıq

Sənsiz olmur, bacarmıram,

Sıxır sənsiz yollar məni

Həsrətinlə boğuluram

Yaman sıxır kədər məni.

 

Sənsiz yatıb, oyanıram,

Yer içində qıvranıram,

Sənsiz necə yaşayıram?!

Bu günümdə axtar məni.

 

Niyə gəldin, gedəcəkdin?!

Niyə vurdun yerə məni?!

Hamı məni qırdı, getdi,

Mənə sən də ondan biri.

 

Yıxılmışdım onsuz da mən,

Yıxılmışdım, sənin qədər,

Bilmirdinmi nədir, ölmək?!

Niyə vurdun həyat qədər?!

 

Sənə bağlı yaşayırdım,

Sənsiz necə yaşayım mən?!

Sənə həsrət qalıb indi

Bax bu ürək, xəyalda sən.

Top