Bu küçənin adı
Əhməd Cavad olmasaydı da,
Burda saçı-saqqallı
toz torpaqlı
şam ağacı durmasaydı da,
pəncərəndə
güzgülənməsəydi də,
və qapınızın ağzında
zibil qabına söykənib
boz dələquyruq pişik
xoruldamasaydı da,
hər səhər dibi sucaq çiçəkləri
mənə görə sulamasaydın belə,
yolum qısa olsun deyə,
hər gün yenə
burdan keçərdim...
Şəhriyar Hacızadə (avqust 2010)