Yaşaya bilirsən sevgisiz ömür,
Könülsüz, yanında bir həmdəm ilə.
Xoşbəxtsən?! Bu sənə belə görünür,
Görmürsən özünü yad gözlərilə.
Necə bağlanmısan sevgisiz cana,
Ürəksiz bağlılıq kimə gərəkdir?
Bu kimə acıqdır? Bilirəm ona...
Ömürlük cəzadı, o da səndəndir.
Açılsa bir sabah gizli arzular,
Nə üzlə baxacaq gözlərin ona.
Bəlkə də tapırsan sirli yalanlar..
Səndə “fərasət” var sevinək buna?
Bacara bilirsən sən yaşayaraq,
Günahlar içində xoşbəxt gülürsən.
Günəşsiz, işıqsız nur sayrışaraq,
Guya sevinirsən, guya sevirsən
Guya bəxtəvərsən, belə xoşbəxtsən.
Esse.