O sənsən bilirəm

O sənsən bilirəm

Sən bilki qəlbi vursada sənsiz qara daşdır,
Sübh gözlərini sənlə açıb, sənlə qapadır.

Göz yaşı tökür, dərdi böyük təbibi hanı?
Eşqin əlacı bilki təbibdəndə ucadır.

Sordunmu bu illər uzunu o haradaydı,
Halına yanan yox, ürəyi intizardadır.

Sən bilki səni gözləyərək biçarə qaldı,
Sən olmayan sabahlarıda sənlə yaşadır.

Zülmünlə ömür südüsədə eşqi ölmədi,
Yandı alışıb sönmədi, amalı ucadır.

 ESSE ( O sənsən bilirəm)

 

Top