Yağış

Yağış

Hardandır səndə bu qədər acı,

Qəm doludur hər damcın.

Könülsüzsən axı niyə?

Səhralara, quru çöllərə can atırsan

Yağmaq üçün, çillənmək üçün.

Yağmaq istəmirsən bu torpağa?

Bura nəmlik, sərinlikdi...

Yenə yağacaqsan bura?

Buludlar qovub səni,

Qovhaqovdan bezikmisən.

Yağış yağır ağır-ağır.

Könülsüzdü, ürəksizdi yenə niyə?

Qəlbi vurxunur o yerlər üçün...

İstidən alışan səhralar üçün,

Susuzluqdan cadarlanmış torpaqlar üçün...

O yerlərmi sənə acılar verən?

Bu torpaqmı səni belə küsdürən?

Yağış, hər damlasından həsrət duyulur,

İntizarı böyük, qəm yükü ağırdı onun.

Görən qəlbin qıran nədir bu qədər.

Sevdalıdı səhralara, xəbərsizdi buludlarda.

Sevdasına həsrət qoyub bu torpaqlar...

İşıq saçan qəlb evini zülmət qoyub bu buludlar.

Yağış, çiskin damcıların xəbər verir gəlişindən,

Gəlmə! Bunu istəyən yox...

Gəlişinə sevinən yox...

Yağma bu yerlərə daha,

Get uzağa, lap uzağa...

Gəlmə daha....

Yağdı...amma ürəksiz

Yağır yağış yenədə

Buludların istəyi bu,

Bu torpağa yağmalı o.

Yağış yağır...

Güldü çəmən,

Yuyundu neçə gül-çiçək

Sevindirdi buludları

Yağış xəbərsiz qalacaq həqiqətdən...

Buludların sevdasıda bu torpaqmış.

Bulud bu yerlərə vurğun,

Yağış səhralara tutqun...

Yağış yağdı.

Yağıb getdi kədərilə,

Sevinc verərkən buluda...

Qəlbi min yerdən yaralı

Getdi buluddan yuxarı....

(Esse)       ( Mehriban)

Sən uzaq sahildə gözləyən qum dənəciyini gördün?

 

Top