Gözlə məni, mən dönəcəm.
Ancaq… çox gözlə,
Gözlə, kədər ələyəndə
Sarı yağışlar,
Gözlə, qar sovrulanda,
Gün yandıranda,
Gözlə, dünəndən unudanda
başqasını gözləyənlər.
Gözlə, məktub gəlməyəndə,
uzaq ellərdən,
Gözlə bezib usansa da,
Birlikdə gözləyənlər.
Gözlə məni, mən dönəcəm,
Xoş söz demə
Unutmağın vaxtı olduğunu
Əzbər bilənlərə.
Anam, oğlum qoy inansın
Olmamağıma,
Dostlarım qoy usansın,
Gəlməməyimdən
Tonqal ətrafında oturub
Ruhumu ansın onlar
Acı şərabla...
Gözlə. Onlarla birlikdə
İçməyə tələsmə.
Gözlə məni, mən dönəcəm
Acığına ölümlərin.
Gözləməyənlər desin:
-«Bəxti gətirdi»
Gözləməyən anlamaz
Odun içindən
Necə xilas etmisən məni gözləməyinlə.
Necə sağ qalmışam
Bir sən bil, bir mən -
Sadəcə sən bilirdin
Necə gözləməli.