Bu ağac öləcək,
Üzündən gözündən tökülür ölüm.
Bu ağac öləcək, bu gün ya sabah.
Bu ağaca qonan o quş öləcək,
Üzündən gözündən tökülür ölüm.
O quş da öləcək, bu gün ya sabah.
O quşa dən səpən o qız öləcək,
Üzündən gözündən tökülür ölüm.
O qız da öləcək, bu gün ya sabah.
O qızı sevməyə dəyməz,
O quşa baxmağa dəyməz,
Ağaca çıxmağa dəyməz...
Ağaca çıxmadım,
Quşa baxmadım,
Qızı sevmədim...
Quş uçdu isti bir yerə,
Qız getdi, qız getdi ərə,
Ağac da ki, durur hələ...
Bir mənəm bir də agac.
Kəndir tapib
Bu ağacdan asilmağa,
Qaldı əlac.