Milli ətlərik.

Milli ətlərik.

Biz qovulduqca  qaçıb mərddən dönən namərdlərik,

Az.Tv-də dərdsizik əslində əhli-dərdlərik.

 

Keçmərik düşmən qoyan  sərhəddi bir addım belə,

Amma sərhədlər içində  xeyli bisərhədlərik.

 

Biz xüsusi işlərin hazır olan qurbanııyıq,

Biz ümumi dərdi çəkməkçün  xüsusi fərdlərik.

 

Əhmədi-biqəmlərik ki, hər şeyə biganəyik,

Biz həqiqətlər yerə çırpan hacı əhmədlərik.

 

Biz həkimlərçün, müəllimlər üçün “şirvan”larıq,

Leyk şofer tayfasıyçün bir maşın “məmməd”lərik.

 

Biz əsir qızlarımız varkən yeyib – içməkdəyik,

Ölməli insan ikən zənn eylərik xoşbəxtlərik.

 

Sən bizə millət deyib, Pünhan, bizi xar eyləmə,

Milli aslanlarımız üçün, yağlı milli ətlərik.

Top