Sənsizlikdə...

Sənsizlikdə...

Özün xəyallarımda  

Rəsmin gözlərimin önündə,

dodaqlarımın arasında

Səsin çox sevdiyim mahnı kimi

qulaqlarımda

Hər gün dinləyirəm musiqini,                                                        

xoş səsini

Gözlərimdən uzaqlarda.

 

Dodağının xoş sözündən darıxdım mən

Həsrətinlə boğuldum mən

Üzdə gülüb ürəyimdə ağladım mən

Bir sözünlə getdim səndən

Amma gözlərin,sözlərin qaldı məndə

Gözlərimin lap önündə-

Həmişə məndən uzaqlarda

Amma  həmisə ən yaxınımda

               Ürəyimdə...                                                               

 

Yanan alov oldu qəlbim

Yandı yandı külə döndü

Həsrətinlə yanan könlüm

Yuxularda sənə döndü

 

Vüsalın çox çətin imiş

Unutsam bir gün il imiş

Əsrlərmi keçmiş imiş

Sənsiz qalan küçələrdə

 

Hər şey eyni-adamlar da

Bu qəlbimin hicranı da

Sənsiz qalan hər anımda

Xatırladır səni yollar

 

Eyni yoldan keçirəm mən

Eyni yerdə dayanıram

Eyni yerdə nəfəs alıb

Eyni yerdə fırlanıram

 

Görürsənmi hər şey eyni

Sən də eyni ol

     yanımda ol

            nəfəs kimi

Xəyalımdan çıxıb gələn

                   adam kimi

Yanımda ol

           canım kimi...

 

P.S: Öz şeirimdi

Top